Yuxarı

Fransa Azərbaycan sərhədində kəşfiyyata başladı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransa Azərbaycan sərhədində kəşfiyyata başladı

Qərbi Zəngəzurda davam edən konsulluq yarışında Fransa İrandan sonra nəticə əldə edən ikinci ölkə oldu. Burada sual doğuran bir məqam var: Fransanın konsulluğu hansı fəaliyyəti göstərəcək?

Konsulluq missiyasının təmsil etdiyi ölkənin vətəndaşları ilə işləmək olduğu və Zəngəzur bölgəsində Fransa vətəndaşlarının yaşamadığı faktı fonunda bu sual aktuallaşır.

Gorusda açılan Fransa konsulluğunun iki mümkün missiyası var:

Birincisi, Fransanın kəşfiyyat mərkəzi kimi fəaliyyət göstərə bilər.

Zəngəzur bölgəsində mövqelənən rəsmi Parisin Azərbaycana, o cümlədən, İrana (Tehran və Paris Ermənistan üzərində ortaq mövqedən çıxış etsə də, regional maraqlarında toqquşan nöqtələr var) və Rusiyaya qarşı bu cür fəaliyyətləri istisna edilməməlidir. O da istisna deyil ki, konsulluq bu missiyanı AB-nin bölgədəki müşahidə missiyası ilə koordinasiyalı şəkildə həyata keçirəcək.

İkincisi, konsulluğun açılması Fransanın Zəngəzur üzərindən bölgədəki mövqelərini, xüsusilə regional kommunikasiyalarda iştirak imkanlarını gücləndirmək məqsədi daşıyır.

Qərbi Zəngəzur Cənubi Qafqazda kommunikasiyanın açılmasında – bunun bütövlükdə Avrasiyanın nəqliyyat şəbəkəsinin bir hissəsi olduğu amili nəzərə alınmalıdır – strateji bölgədir. Bu kontekstdə konsulluğun açılışında iştirak edən Fransanın İrəvandakı səfiri Olivye Dekottinin “Gorus Ermənistanın geosiyasətinin mərkəzindədir və həmişə mühüm yol ayırıcı rolunu oynayıb, bundan sonra da belə olacaq” sözləri diqqət çəkir. Səfirin Gorusun yenidən “yol ayırıcı mərkəzə” (Gorus-Qafan yolunun bir hissəsi Azərbaycanın nəzarətinə keçəndən sonra bölgənin kommunikativ əhəmiyyəti azalıb) çevrilməsini irəli sürməsi belə oxuna bilər: bölgədə konsulluq açan Fransa regional komminikasiyanın bərpasında İrəvanın “Sülhün kəsişməsi” layihəsinin qəbul edilməsi və AB-nin Mərkəzi Asiya ölkələrindən başlayan Transxəzər dəhlizinin Ermənistan vektorlu reallaşması istiqamətində səylərini sürətləndirəcək.

Tarix
2025.06.03 / 19:38
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

NATO-nun xüsusi nümayəndəsi Bakıya gələcək

İranlı biznesmenlər Bakıya axışır: Bu iki məsələ...

Bu dəhşətləri yaxşı bilən Azərbaycan… - Səfirin yazısı

Etibar Məmmədovun villasından oğurluq edib, kefə xərclədi

Putin Azərbaycanı təbrik etdi

Rusiya kanalında Azərbaycan xəritəsinin təhrif olunması... - XİN

İlham Əliyev Roma Papasını təbrik etdi

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla