Yuxarı

Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sonuncu plenar iclasında sənədsiz evlərlə bağlı problem yenidən gündəmə gətirilib. Məsələ bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2024-cü il üzrə məruzəsinin müzakirəsi zamanı qaldırılıb. Bildirilib ki, sənədsiz evlərin sənədləşdirilməsi uzun illərdir cəmiyyəti narahat edən ciddi problemlərdən biridir və bu sahədə təcili tədbirlərin görülməsinə ehtiyac var.

Axar.az xəbər verir ki, mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov Nyus24.az-a açıqlamasında qeyd edib ki, bu istiqamətdə həm qiymətləndirmə, həm də müvafiq dövlət qurumlarında müzakirə prosesi uzun müddətdir aparılır:

"Əmlak Məsələləri üzrə Dövlət Xidmətində sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı işlər görülür və ilkin qiymətləndirmələrə əsasən, 450 mindən çox sənədsiz evin mövcud olduğu bildirilir. Bunların böyük bir hissəsi Bakı şəhərində yerləşir. Bununla yanaşı, təhlükəli və qeydiyyatsız ərazilərdə, xüsusilə də neft buruqları və nəqliyyat infrastrukturuna yaxın zonalarda yerləşən evlərin sayının təxminən 70 min olduğu qeyd olunur. Bu ərazilər təhlükəsizlik baxımından daha ciddi risk daşıdığı üçün onların sənədləşdirilməsi prosesi daha həssas yanaşma tələb edir”.

Deputat vurğulayıb ki, məsələ hazırda hökumətin diqqətindədir və sənədsiz evlərin rəsmi qeydiyyata alınması, vətəndaşların mülkiyyət hüququnun tanınması əsas prioritetlərdən biri sayılır. Onun sözlərinə görə, bu istiqamətdə hüquqi və texniki prosedurların sadələşdirilməsi və daha şəffaf mexanizmlərin tətbiqi vacibdir:

"Yaxın vaxtlarda bu evlərin qeydiyyatı sürətləndirilməli, vətəndaşların əmlak üzərində qanuni hüquqları tanınmalı və rəsmiləşdirilməlidir. Bu həm sosial ədalətin təmin olunmasına, həm də şəhərsalma və infrastruktur planlamasında dəqiqliyin artırılmasına xidmət edəcək".

Tarix
2025.06.03 / 23:52
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Samir Nuriyevə yeni vəzifə verdi - Sərəncam

Azərbaycan XİN Danimarkanı təbrik etdi

Paşinyan 3-cü savaşa başladı, ermənilərə çağırış etdi

Mişustin Azərbaycanı da bu sistemə qoşulmağa çağırdı

Arxivdən Bakıya material ötürülüb? – İrəvan casus axtarır

Deputatdan müjdə: Bu, maaşların artmasına səbəb olacaq!

Əli Əsədov Düşənbədə mühüm görüşdə iştirak edir

Rusiyada azərbaycanlılara qarşı aşağılayıcı söz: “Oğlu…”

Bayraqdar Azərbaycanda qurduğu şirkətdən danışdı - Video

Prezidentlər Bakı-Təbriz reysinə də diqqət ayırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla