Əvvəlki hökumət iclaslarının birində Dilicandakı uşaq bağçasının adını çəkdim, onun tarixinin keçmiş məmur ailəsi ilə bağlı olduğunu dedim.
Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasındakı çıxışında deyib.
“Həmin çıxışımdan sonra bu keçmiş məmur əlində xəncər bəzi yazılar yazmağa başladı. Deməyəcəkdi ki, uşaq bağçaları onun əlindən alınıb! Bu, keçmiş xarici işlər naziri Vardan Oskanyandır. Vardan Oskanyan və həyat yoldaşı Dilicandakı uşaq bağçasını ələ keçirməlidir? Kimsə izah edə bilərmi?
Və bu yaxınlarda baş nazirin qızına guya hansısa kollecin binasını hədiyyə etdiyi barədə xəbərlər yayılmağa başladı. Qeyri-qanuni əmlakın müsadirə olunmasının dörd istiqaməti aktivləşən vaxt göstərmək istədilər ki, biz onlarla eyniyik.
Onlar artıq quldur, əclaf olduqlarını gizlətməyə çalışmırlar. İndi qarşılarına başqa məqsəd qoyublar - baş nazirin onlarla eyni olduğunu göstərmək. Deyirlər, baxın, baş nazir Fransada üç milyon avroya ev alıb. Məsələn, Fransada bir-iki daşnak var, 3 avroya bir həftəyə sayt açıb orda hər cür cəfəngiyyat yazırlar.
Biz Robert Köçəryanın rüşvətxor olduğunu rəsmən qeyd etməmişik, bu, məhkəmənin qərarı ilə qeyd olunur. Bu, rüşvətxor olduğunu etiraf etdiyi bir vaxtda baş verir.
İndi Ermənistan məhkəmə sistemində ölkənin ikinci prezidenti postunu tutmuş şəxsin rüşvətxor olduğu rəsmən qeydə alınıb. Qoy məhkəməyə versinlər. Bundan sonra mən Robert Köçəryanın adını çəkəndə, deyəcəm - Robert Köçəryan rüşvətxordur.
Hər şeyin bir həddi var. Yunanıstanda adası olduğunu inkar etmirlər, artıq özlərini müdafiə edə bilmirlər və göstərmək istəyirlər ki, biz də quldur, rüşvətxoruq. Bu məqsədə çata bilməyəcəksiniz. Biz isə oğurlanan hər şeyi qaytarmağa davam edəcəyik, başqa variant yoxdur”, - Paşinyan bildirib.