Yuxarı

“Azərişıq” ASC “Ekspo 2025” dünya sərgisində - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 13-dən Yaponiyanın Osaka şəhərində “Həyatımız üçün gələcək cəmiyyəti formalaşdıraq” mövzusunda “Osaka, Kansai Ekspo 2025” dünya sərgisi fəaliyyətə başlayıb.

Axar.az xəbər verir ki, ümumilikdə 165 ölkə və 7 beynəlxalq təşkilatın təmsil olunduğu beynəlxalq sərgidə “Azərişıq” ASC də iştirak edir.

Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan Azərbaycan milli pavilyonunda ziyarətçilər “Azərişıq” ASC-nin stendi ilə tanış olurlar. Onlar burada Azərbaycanda tətbiq olunan ən müasir innovativ texnologiyalar, yaşıl enerjinin inkişaf etdirilməsi, rəqəmsal yarımstansiyaların faəliyyəti, elektromobil infrastrukturu üzrə Azərbaycanda həyata keçirilən tədbirlərlə bağlı slaydları izləyirlər. Həmçinin ölkəmizdə 3D mobil xəritələşdirmə texnologiyasının paylayıcı elektrik şəbəkələrindəki rolu, Yaşıl Enerji Zonası üçün yaradılmış 35/0.4 kV-luq Ağıllı Şəbəkə modeli, elektromobil şarj stansiyalarında yaradılan şərait və bunun kimi bir çox mövzularda ətraflı məlumatlar verilir, broşürlər paylanılır.

Qeyd edək ki, “Ekspo 2025” dünya sərgisi oktyabrın 13-dək fəaliyyət göstərəcək. 184 gün ərzində sərgiyə 28 milyon ziyarətçinin gəlişi gözlənilir.

Qabaqcıl texnologiyaların tətbiqi, ən son innovativ yeniliklər və dayanıqlı inkişaf sahəsində bir çox uğurlara imza atan “Azərişıq” ASC bu sahədə təşkil olunan yerli və beynəlxalq tədbirlərdə mütəmadi olaraq iştirak edir, ölkəmizi layiqincə təmsil etməyə çalışır.

Tarix
2025.06.06 / 20:01
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana keçən ermənilər geri qaytarıldı

Səfirimizdən Vardanyanın lobbiçiliyini edənlərə cavab

Ukrayna əməliyyat hazırlayır: Putinə rahatlıq olmayacaq

Paşinyan Azərbaycan xalqını təbrik etdi

Azərbaycan XİN İsveçi təbrik etdi

Azərbaycan və Ermənistan müxalifətçiləri görüşdü - Video

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq

Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir

Trampın anonsu: Putin necə qisas alacaq? – Markov

Regionlarda kommunal xidmət üçqat azaldılsa… - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla