Yuxarı

Ukrayna əməliyyat hazırlayır: Putinə rahatlıq olmayacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna əməliyyat hazırlayır: Putinə rahatlıq olmayacaq

“Vaşinqton Post” nəşrinin iddiasına görə, Ukrayna xüsusi xidmət orqanları Rusiya ərazisində yeni əməliyyat hazırlayıblar. Başqa sözlə, Ukrayna kəşfiyyatı ötəndəfəki “Hörümçək toru” əməliyyatını başqa formada Rusiya ərazisində təkrarlamaq əzmindədir. “Hörümçək toru” 3 hissədən ibarət idi: Əvvəlcə, Rusiyanın dəmir yollarında partlayışlar baş verdi, daha sonra Rusiya ərazisinə keçirilən dronlar vasitəsilə hava limanlarındakı bombardmançı təyyarələrin bir qisminə zərbələr endirildi, sonda Krım körpüsünün dayaqlarından biri partladıldı.

Axar.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Onun sözlərinə görə, nəşrin iddiası gerçək olmasa belə, bu kimi xəbərlərin yayımlanması Rusiya hakimiyyətinə qarşı psixoloji savaşın tərkib hissəsidir:

“Kremldə qara-qara düşünürlər ki, Ukrayna kəşfiyyatı bu dəfə haranı partladacaq? Kreml sahibi nazirlərə təhlükəsizlik tədbirlərini artırmağı əmr edib. Rusiyada bu kimi əmrlərin necə yerinə yetiriləcəyi bəllidir, şübhəlilər bəhanəsiyilə Rusiyada çalışan miqrant işçilər sıxışdırılacaq, xüsusi təyinatlılar onların çalışdıqları yerlərə və qaldıqları evlərə soxulacaqlar, yollarda nəqliyyat vasitələri kütləvi yoxlanılacaq, bu da kollaps yaradacaq. Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirdikcə, Kreml sahibinə və sıravi vətəndaşlara rahatlıq olmayacaq”.

Tarix
2025.06.06 / 19:35
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla