Yuxarı

“Trendyol” və “PAŞA Holding” ideya marafonu təşkil etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması “Trеndyol” PAŞA Holding ilə birlikdə “Sosial təsir üçün Hakaton” (“Hack for social impact”) adlı rəqəmsal ideya marafonu (ideyaton) təşkil edib. Tədbir “PAŞA Holding”in “Əlaçı” təqaüd proqramının 100-ə yaxın məzununu bir araya gətirib.

Təşəbbüsün məqsədi sosialyönümlü fəaliyyəti təşviq etmək, sosial təsir yaradan rəqəmsal həllərin formalaşmasına şərait yaratmaq, inklüzivliyin təmin olunmasına dəstək vermək, sosial və ekoloji maarifləndirmə aparmaq idi.

Marafona qatılan komandalar müxtəlif sahələri əhatə edən və xüsusilə həssas əhali qruplarının həyat keyfiyyətinin yaxşılaşdırılması məqsədi daşıyan innovativ ideyalar üzərində çalışıb, sosial məsələlərə yaradıcı və texnoloji əsaslı həll yolları axtarıblar.

Tədbirin sonunda daha innovativ və sosial təsir gücü böyük olan ideyalar mükafatlandırılıb. I yerə əlilliyi olan şəxslərin şəhər daxilində təhlükəsiz və müstəqil hərəkətini asanlaşdıran “YoldAIq” adlı ağıllı mobil tətbiq layihəsi ilə “SocioSapiens” komandası layiq görülüb. II yeri “Mindsbridge” komandası məişət zorakılığına məruz qalan qadınlara psixoloji yardım və reabilitasiya dəstəyi təklif edən “SƏS” platforması ideyası ilə qazanıb. III yeri isə “QayğıBot”- yaşlı və sosial baxımdan təcrid olunmuş şəxsləri dəstəkləmək məqsədi daşıyan innovativ layihə ilə“Thundersbolt” komandası tutub.

İdeya marafonunda qalib komandalar “Trеndyol”tərəfindən təltif olunublar.

“Trеndyol” fəaliyyət göstərdiyi ölkələrdə dayanıqlılıq və sosial təsir proqramları ilə cəmiyyətə töhfə verir. “PAŞA Holding”in korporativ sosial məsuliyyət (KSM) strategiyasında təhsil mövzusu mühüm yer tutur. “Trеndyol”və “PAŞA Holding” birlikdə bu istiqamətdə müxtəlif layihələr həyata keçirirlər.

Tarix
2025.06.05 / 16:55
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirimizdən Vardanyanın lobbiçiliyini edənlərə cavab

Ukrayna əməliyyat hazırlayır: Putinə rahatlıq olmayacaq

Paşinyan Azərbaycan xalqını təbrik etdi

Azərbaycan XİN İsveçi təbrik etdi

Azərbaycan və Ermənistan müxalifətçiləri görüşdü - Video

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq

İki Ermənistan sakini Azərbaycan ərazisinə keçdi - MN-dən açıqlama

Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir

Trampın anonsu: Putin necə qisas alacaq? – Markov

Regionlarda kommunal xidmət üçqat azaldılsa… - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla