Yuxarı

DİN-dən bayramla bağlı əhaliyə müraciət - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

DİN Qurban bayramı ilə əlaqədar müraciət edib.

Axar.az müraciətin mətnini təqdim edir:

"Qurban bayramı və tətil günləri ilə əlaqədar olaraq paytaxtdan bölgələrə səfər edən vətəndaşların sayında artım gözlənilir. Bu səbəbdən həm şəhərdaxili, həm də respublika yollarında nəqliyyat sıxlığının yaranması və qəza riskinin artması ehtimal olunur.

Yol hərəkətində təhlükəsizliyin təmin olunması məqsədilə sizi aşağıdakı vacib qaydalara əməl etməyə çağırırıq:

- Avtomobildə hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə edin;

- Nəqliyyat vasitəsinin texniki sazlığını öncədən yoxlayın;

- Mümkün olduqda səhər saatlarında yola çıxın;

- Nəqliyyat vasitəsi istehsalçısı tərəfindən müəyyən edilmiş saydan artıq, uşaqlar da daxil olmaqla, sərnişin daşımayın;

- Sürət həddini aşmayın, ötmə manevrlərini yalnız qaydalara uyğun şəkildə həyata keçirin;

- Sərxoş və ya yorğun vəziyyətdə sükan arxasına əyləşməyin;

Unutmayın, polis əməkdaşları bayram günlərində də respublika yollarında və şəhər ərazilərində fasiləsiz xidmət göstərir, sizin təhlükəsiz və rahat istirahətiniz üçün çalışırlar.

Siz də məsuliyyətli davranaraq özünüzü və yaxınlarınızı qoruya, təhlükəsizliyin təmininə töhfə verə bilərsiniz".

Tarix
2025.06.05 / 16:27
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana keçən ermənilər geri qaytarıldı

Səfirimizdən Vardanyanın lobbiçiliyini edənlərə cavab

Ukrayna əməliyyat hazırlayır: Putinə rahatlıq olmayacaq

Paşinyan Azərbaycan xalqını təbrik etdi

Azərbaycan XİN İsveçi təbrik etdi

Azərbaycan və Ermənistan müxalifətçiləri görüşdü - Video

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq

Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir

Trampın anonsu: Putin necə qisas alacaq? – Markov

Regionlarda kommunal xidmət üçqat azaldılsa… - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla