Yuxarı

Sosial mövzudan yazan jurnalistlər üçün təlim

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sosial mövzudan yazan jurnalistlər üçün təlim

“Qadın Konsensus Mərkəzi” İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sosial mövzudan yazan jurnalistlər üçün təlim” layihəsinin icrasına start verib.

Axar.az xəbər verir ki, layihə barədə məlumat verən İctimai Birliyin sədri Aynur Camalqızı məqsədin sosial mövzular, xüsusilə də gender problemi, ailədaxili şiddət, qadın zorakılığı, erkən nikahlar və insan alveri kimi mövzulara peşəkar səviyyədə yanaşa biləcək jurnalistlərin yetişdirmək olduğunu bildirib.

“Qadın problemlərinin həllinə dəstək məqsədi ilə yaratdığımız “Qadın Konsensus Mərkəzi” İctimai Birliyi yarandığı gündən daim sosial məsələlərdən yazan jurnalistlərlə təmasdadır və qeyd olunan sahə üzrə mətbuatda dərc edilən yazıları, məqalə və reportajları diqqətlə izləyir. Gender problemi, ailədaxili şiddət, qadın zorakılığı, erkən nikahlar və insan alveri üzrə mövzular mətbuatda xüsusi üstünlük təşkil edir. Bu mövzulardakı materialların peşəkar səviyyədə hazırlanmasına ehtiyac vardır. Hesab edirik ki, sosial xarakterli materialların peşəkar səviyyədə hazırlanması üçün jurnalistlərə vaxtında, onlar hələ redaksiyada işə başlamazdan öncə təlimlər keçirilməli, lazımi biliklər öyrədilməlidir. Ayrı-ayrı jurnalist təşkilatları, eləcə də beynəlxalq qurumlar və səfirliklər buna yönələn təşəbbüslər həyata keçirsələr də, xüsusilə gənc jurnalistlərin və jurnalistika fakültələrinin tələbələrinin peşəkarlıqlarının artırılmasını vacib hesab edirik”.

A.Camalqızı qeyd edib ki, 3 ay davam edəcək layihə çərçivəsində sosial mövzulardan yazan 24 jurnalistə təlim keçirilməsi nəzərdə tutulur:

“Təlimdə iş təcrübəsi 3 ildən az olan jurnalistlər, o cümlədən jurnalistika fakültələrinin tələbələri iştirak edə bilərlər. Təlimdə iştirak edəcək tələbələr və jurnalistlər arasında yazı müsabiqəsi də keçiriləcək və qaliblər mükafatlandırılacaq. Peşəkar jurnalistlər tərəfindən keçiriləcək təlimi uğurla başa vuran tələbələr diplomla təltif olunacaq və gələcəkdə “Teleqraf Holdinq”ə daxil olan agentlik və portallarda işlə təmin edilmə imkanları əldə edəcəklər.

Layihənin müddəti 3 ay nəzərdə tutulsa da, gələcəkdə bu layihənin daxili imkanlarımız hesabına davam etdirmək niyyətimiz var”.

Tarix
2025.06.02 / 13:08
Müəllif
Axar.az
Digər xəbərlər

Bu şəxslər hərbi xidmətə çağırılmırlar - Səbəb

Yalçın Rəfiyev AB-nin yüksək səviyyəli toplantısında

Ramiz Mehdiyev Rusiyada bu qurumun üzvüymüş - Fakt

Azərbaycan bu qırıcıların yeni partiyasını qəbul etdi

Putin qəsdən görüş üçün bu şəhəri seçdi

Rusiyada daha bir azərbaycanlı iş adamı həbs olundu

Prezidentin xüsusi nümayəndəsi Arakçı ilə görüşdü

Zakir Həsənov Özbəkistana getdi, həmkarı ilə görüşdü

İki siyahı var: Biri “beşinci kolon”, digər isə Mehdiyevin…

İlham Əliyev Qazaxıstana getdi, belə qarşılandı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla