Yuxarı

İki il öncə əlil qadını öldürən taksi sürücüsü saxlanıldı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki il öncə əlil qadını öldürən taksi sürücüsü saxlanıldı

2025.06.01 23:45

Xaçmaz rayonunda iki il öncə itkin düşən gözdən əlil qadının öldürüldüyü məlum olub.

Axar.az-ın Report-a istinadən məlumatına görə, 2023-cü ilin iyul ayının 18-də Xaçmaz rayon sakini, görmə qabiliyyəti məhdud olan 59 yaşlı Gülxar Cahangirovanın itkin düşməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Ötən iki il ərzində itkin düşən qadının axtarışları heç bir nəticə verməyib. Lakin bu günlərdə qadının öldürülərək basdırıldığı məlum olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İlkin məlumata görə, gözdən əlil qadın taksi sürücüsü tərəfindən qətlə yetirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

***

Xaçmazda görmə qabiliyyəti məhdud olan qadını öldürən şəxsin kimliyi məlum olub.

Ötən gün Xaçmaz rayonunda 2 il öncə baş verən cinayətin üstü açılıb. 2023-cü ilin iyul ayında Xaçmaz rayon sakini, gözdən əlil 59 yaşlı Gülxar Cahangirovanın rayonun Xaspolad-oba kənd sakini Xəqani Vahid oğlu Rəhmətov tərəfindən öldürülərək Xaspoladoba kəndi yaxınlığında meşədə başdırıldığı müəyyənləşib.

Hadisəni törədən taksi sürücüsü X.Rəhmətov polis tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, istintaq araşdırmaları aparılır.

Tarix
2025.06.02 / 12:51
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla