Yuxarı

Ağadadaş Ağayev qalmaqaldan sonra: Gecələr yatmıram…

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağadadaş Ağayev qalmaqaldan sonra: Gecələr yatmıram…

Artıq son hadisələr mənim üçün çoxdan geridə qalıb. Hər şeyi unutmuşam. Həyatımın ən xoşbəxt günlərini yaşayıram. Öz fəaliyyətimə davam edirəm. Bu gün də toydayam, sabah da. Yaradıcılığım üzərində çalışıram. Mənim 50 ildə bir dəfə başıma hadisə gəldi. Bu da Allahın bir imtahanı idi, mən də ondan keçdim, onun istədiyi kimi, buyurduğu kimi.

Bu sözləri Kult.az-a açıqlamasında xalq artisti Ağadadaş Ağayev “Medera Hospital”da baş verən insidentlə bağlı məhkəmə hökmündən sonrakı proseslər haqda deyib.

Ağadadaş Ağayev qeyd edib ki, hazırda fəal şəkildə yaradıcılıqla məşğuldur və bir neçə yeni əsər üzərində işləyir:

“Bu günlərdə bir neçə əsər yazıb, hazırlamışam və onları xalqıma təqdim edəcəyəm. Ordumuzun bütün zabitlərini tərənnüm edən bir mahnı hazırlamışam – “Mənim zabitim”. Sözləri Zahir Abbasa, musiqisi isə mənə məxsusdur. Yaxın zamanda bu əsəri ifa edəcəyəm”.

A.Ağayev bildirib ki, yaradıcılıq ona yaşamaq üçün motivasiya verir:

“Gecələri demək olar ki, yatmıram, yazıram – xoşuma gəlir. Ruhum bu dəqiqə yazıb-pozmağı tələb edir. Çünki mənim millətimə, dövlətimə borcum var. Onları yerinə yetirmədən yaşaya bilmirəm. Bu da məni səbirsizləndirir və bir an öncə əsərlərimi cəmiyyətə çatdırmaq istəyirəm”.

Qeyd edək ki, Ağadadaş Ağayev Binəqədi rayonunda yerləşən "Medera Hospital”dakı insidentə görə uzun müddət müzakirə obyekti oldu.

Tarix
2025.04.19 / 08:30
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla