Yuxarı

AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

TDT üzvü olan Qazaxıstan, Qırğızıstan və Özbəkistanın Kipr Respublikasında (yunan Kipri) diplomatik nümayəndəliklər açmaq qərarı Avropa Birliyinin Türkiyəyə qarşı uğurlu əməliyyatı kimi qiymətləndirilə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Vitali Arkov deyib.

“Kiprdə səfirliklərin açılması elanı Səmərqənddə keçirilən “Avropa Birliyi - Mərkəzi Asiya” adlı birinci sammitdən qısa müddət sonra gəldi. Bu görüş zamanı region ölkələrinə mədən sənayesi, enerji, kommunikasiya və su ehtiyatlarının çatışmazlığı ilə bağlı layihələrin həyata keçirilməsi üçün 12 milyard avroya qədər “Qlobal Qapı” investisiya paketi vəd olundu. Ursula fon der Leyen gözəl “oxudu”, amma həqiqəti söyləmədi: Avropa biznesi investisiya adı altında qiymətli faydalı qazıntıların hasilatı və ilkin emalı üzərində maksimum nəzarət əldə etmək, istehsal güclərini ələ keçirmək və sonra su ehtiyatlarına qənaət edən proqramlar vasitəsilə istehlakçılara və hakimiyyət orqanlarına şərtlər diktə etmək niyyətindədir - bu, yeni ərazilərə klassik yanaşmadır. Bu məsələdə AB təkcə Türkiyə ilə deyil, Rusiya və Çinlə də Mərkəzi Asiyada qarşıdurmaya girir”, - ekspert qeyd edib.

Arkovun sözlərinə görə, Astana, Bişkek və Daşkəndin Lefkoşada (yunan hissəsində) səfirlik açmaq qərarı əslində onların Ankara ilə münasibətlərini korlamayacaq:

“İnanıram ki, Tokayev, Japarov və Mirziyayev bunu Ərdoğanla əvvəlcədən müzakirə ediblər. Və onlar bundan qəti şəkildə imtina ilə qarşılaşmayıblar, çünki belə bir siyasi xırdalıq yalnız Kaya Kallas və Ursula fon der Leyen üçün xüsusi əhəmiyyət kəsb edir. Ən azı ona görə ki, Kipr Respublikası dünya ictimaiyyətinin böyük əksəriyyəti tərəfindən tanınan dövlətdir və AB və BMT üzvüdür. Böyük biznes və postsovet respublikalarının hakim elitaları üçün cəlbedici ofşordur. Odur ki, Ankara ilə həmrəylik hissindən başqa, Lefkoşanı (yunanlar şəhəri “Nikosiya” adlandırır – red.) boykot etmək üçün xüsusi tutarlı səbəb yoxdur.

Bundan sonra Şimali Kipr Türk Respublikasının suverenliyinin tanınmasını gözləmək olarmı? Avropalı siyasətçilər çox şey vəd edə bilər, amma bunun praktikada reallaşması mümkün deyil. Həm də ona görə ki, bu, Türkiyənin ən azı geniş müsəlman dünyasında qələbəsinin tanınması olardı. Brüssel və Paris Ankaranı bərabərhüquqlu, güclü rəqib, hətta tərəfdaş kimi yox, itaətkar vassalı kimi görmək istəyir. London isə Ankara ilə bütün dərin əlaqələrə baxmayaraq, bu məsələdə status-kvonu qoruyub saxlamağa üstünlük verir – nəyə görə könüllü olaraq təsir rıçaqlarından birindən əl çəksin?”

Tarix
2025.04.19 / 08:00
Müəllif
Ruslan Qasımov
Digər xəbərlər

Yekun qərarı Bakı verəcək - Ərdoğanın müşaviri

Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında

Prezident kanat yolundan danışdı

İlham Əliyevin hesabında Ağdamdan görüntülər yayıldı - Video

Bakıdan Pakistan-Hindistan atəşkəsinə reaksiya

Adil Qeybulla Tofiq Yaqublunun son durumunu açıqladı

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Makron Kiyevdə Ukraynanı ələ saldı…

Putin buna görə atəşkəsdən imtina edir: Bəs, öz ordusu?

Tofiq Yaqublu düz etdi, vəziyyəti o həddə çatdırmadı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla