Yuxarı

Tramp Zəngəzur dəhlizinin açılmasında maraqlıdır – Vəliyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp Zəngəzur dəhlizinin açılmasında maraqlıdır – Vəliyev

Hazırda regionumuz və ölkəmizlə bağlı baş verən prosesləri tarixi hadisə adlandıra bilərik. Çünki Cənubi Qafqaz sülh və əməkdaşlıq üçün yeni tarixi mərhələ astanasındadır. Azərbaycan Ermənistanın 30 illik işğal siyasətinə öz gücü ilə son qoyub. Bundan sonra isə bölgədə yeni səhifə açılmalıdır. Bu baxımdan, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında Vaşinqton razılaşması böyük əhəmiyyət kəsb edir.

Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, Donald Trampın yenidən Prezident seçilməsindən sonra Azərbaycan-ABŞ münasibətlərində müsbət dinamika müşahidə olunur:

“Bayden administrasiyası dövründə gərginləşən ikitərəfli əlaqələr, hazırda qarşılıqlı etimad və siyasi dialoq əsasında yenidən canlanır. 8 avqust razılaşması da Azərbaycanın qlobal siyasi proseslərdə prinsipial mövqe nümayiş etdirən diplomatik xəttinin davamıdır. Trampın Prezidentimizə məktubu isə ölkəmizin beynəlxalq münasibətlər sistemində nüfuzunun və etibarlı tərəfdaş kimi qəbul olunduğunun növbəti təsdiqidir. Bu məktub yalnız ikitərəfli münasibətlərə deyil, bütövlükdə regionda sabitlik və əməkdaşlıq perspektivlərinə təsir göstərə bilər. Çox təqdirəlayiqdir ki, Tramp Azərbaycana qarşı yönəlmiş 907-ci düzəlişin icrasının dayandırılması haqqında da qərar verib. Bu qərar ölkəmizə qarşı ədalətsiz yanaşmanı ortadan qaldırır”.

Millət vəkilinin sözlərinə görə, Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması üçün münbit şərait yaranıb:

“İndiyədək müəyyən beynəlxalq aktorların Azərbaycan və Ermənistan arasında vasitəçilik təşəbbüsləri konkret nəticə verməyib. Tərəflər yalnız ikitərəfli platforma çərçivəsində irəliləyiş əldə ediblər. Bu ilin əvvəlində tərəflərin sülh sazişinin mətnini razılaşdırması məhz ikitərəfli danışıqlar nəticəsində əldə olunub. Bununla belə, Prezident Trampın vasitəçiliyi də müsbət nəticə verdi və tərəflər Vaşinqtonda razılaşma imzaladılar. Digər tərəfdən, Qərbin enerji və nəqliyyat dəhlizlərinə marağının yüksəlməsi ABŞ-a da proseslərə daha fəal qoşulmaq şansı yaradıb. Bayden administrasiyası dövründə Vaşinqton bir sıra vasitəçilik təşəbbüsləri göstərsə də, ermənipərəst mövqe sərgilənməsi həmin təşəbbüslərin fiaskosuna səbəb oldu. Lakin hazırda Tramp administrasiyası fərqli mövqe nümayiş etdirir. Bu gün rəsmi Vaşinqton Cənubi Qafqazda sülhün tezliklə əldə olunmasının tərəfdarıdır. Eyni zamanda, Tramp administrasiyası Zəngəzur dəhlizinin də açılmasına maraqlıdır”.

Millət vəkilinin sözlərinə görə, Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə bəyanat verərək razılaşmanın tarixi əhəmiyyətini vurğulayıb.

Samir Vəliyev qeyd edib ki, Donald Tramp yenidən Prezident seçildikdən sonra dünyada müharibələrin dayandırılmasına çalışacağını bəyan etmişdi:

“O, artıq bir sıra münaqişələrə öz vasitəçiliyi ilə son qoya bilib. O cümlədən, Azərbaycanla Ermənistan Vaşinqtonda çox ciddi razılaşmalar əldə etdilər. Bu razılaşmalar regionumuzda dayanıqlı sülh üçün ciddi əsaslar yaradır. Ona görə də, Prezident İlham Əliyev Vaşinqtonda Donald Trampın Nobel sülh mükafatına namizədliyinin irəli sürüləcəyini bəyan etmişdi. ABŞ prezidenti də məktubunda dövlətimizin başçısına onun bu mükafata namizədliyini dəstəklədiyinə və bununla bağlı müvafiq müraciətinə görə təşəkkür edib. ABŞ kimi dünyanın super güc dövlətinin liderinin Prezident İlham Əliyev haqqında yüksək fikirləri dövlətimizin başçının beynəlxalq miqyasda yüksək nüfuzunun göstəricisidir”.

Tarix
2025.12.07 / 15:45
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya niyə Əli Kərimlini müdafiə etmir? - Mühüm səbəb

İran XİN-dən Azərbaycanla bağlı açıqlama...

Abbas Arakçı Azərbaycana gəldi - Foto

Hacıyev və Qriqoryanın müzakirəsi - Video

İlham Əliyev Qırğızıstan nümayəndə heyəti ilə görüşdü

ABŞ-ın Təhlükəsizlik Strategiyasında Azərbaycan adı...

Arakçı Azərbaycandan sonra bu ölkələrə gedəcək

Xalqlarımızı sülhə hazırlamalıyıq – Hikmət Hacıyev

Hikmət Hacıyev KƏŞ-in baş katibi ilə görüşdü

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla