Sülh Ukrayna üçün faydalı görünə bilər, lakin... - Kili
10:00
| Ana səhifə Planet |
|
Türkiyədə Mərkəzi Hakim Komitəsinə (MHK) qarşı aparılan təhqiqat çərçivəsində Super Liqa hakimi Yasin Kol və köməkçi hakim Göktuğ Hazar Erel saxlanılıb.
Axar.az Musavat.com-a istinadən xəbər verir ki, əməliyyat İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq tədbirləri çərçivəsində həyata keçirilib.
Hər iki hakim "Trabzonspor" ilə İrlandiyanın "Droqeda Yunayted" klubu arasında keçirilən yoldaşlıq matçından dərhal sonra Trabzonda nəzarətə götürülüb.
Məlumata görə, həmin şəxslər qanunsuz mərc oyunlarının təşkili, sənəd saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə şübhəsi ilə saxlanılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
|
Tarix
2026.10.02 / 01:10
|
Müəllif
Axar.az
|