Yuxarı

Bu türk ölkəsi ilk dəfə milli peykini kosmosa göndərdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu türk ölkəsi ilk dəfə milli peykini kosmosa göndərdi

Qırğızıstan ilk dəfə öz milli peykini kosmosa göndərib.

Axar.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin Administrasiyası məlumat yayıb.

Bildirilib ki, buraxılış oktyabrın 1-də ABŞ-ın Kaliforniya ştatındakı Vandenberq bazasından “SpeysX” şirkətinə məxsus “Falcon 9” daşıyıcı raketi ilə həyata keçirilib.

Qırğızıstan Prezidenti Sadır Japarov ABŞ-a işgüzar səfəri çərçivəsində buraxılış mərasimində iştirak edib. Peyk digər kosmik aparatlarla birlikdə orbitə çıxarılıb. Onun idarə edilməsi Bişkekdəki mərkəzdən həyata keçiriləcək.

Peyk kənd təsərrüfatı torpaqlarının, buzlaqların, su obyektlərinin, meşələrin və otlaqların monitorinqi, həmçinin təbii ekosistemlərdə baş verən dəyişikliklərin izlənilməsi üçün nəzərdə tutulub. Onun məlumatlarından yeraltı sərvətlərdən qanunsuz istifadənin qarşısını almaq, icazəsiz tullantı poliqonları və digər çirklənmə mənbələrinin müəyyənləşdirilməsi üçün istifadə olunması planlaşdırılır.

Bundan əlavə, peyk məlumatları quraqlıq, daşqın, torpaq sürüşməsi, sel və meşə yanğınları da daxil olmaqla, təbii risklərin monitorinqində tətbiq ediləcək. Prezident Administrasiyasının qeyd etdiyi kimi, bu, potensial təhlükələrin daha operativ müəyyənləşdirilməsinə və mümkün zərərin azaldılması üçün tədbirlərin görülməsinə imkan verəcək.

Tarix
2026.10.02 / 09:28
Müəllif
Axar.az
Digər xəbərlər

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla