Yuxarı

Qəhvəni bu saatda için

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər.

Axar.az Milli.az-a istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrində dayandırmaq məsləhətdir. Çünki kofeinin təsiri bir neçə saat davam edir və günün sonlarında qəbul edilməsi yuxunun keyfiyyətini poza bilər.

Həddindən artıq kofein istehlakı ürəkdöyünmə, təzyiqin yüksəlməsi və yuxu pozğunluğuna səbəb ola bilər. Xüsusilə ürək xəstəliyi, ritm pozğunluğu və hipertoniya olan şəxslərin kofein qəbulunda daha diqqətli olması tövsiyə edilir.

Mütəxəssislər qəhvəyə şəkər, qaymaq və dadlandırıcı əlavə edilməsini də məhdudlaşdırmağı məsləhət görürlər. Belə əlavələr qan şəkəri və xolesterinin yüksəlməsinə səbəb ola bilər.

Bildirilib ki, filtr qəhvəyə üstünlük vermək daha məqsədəuyğundur. Filtrsiz qəhvənin xolesterinə təsiri daha çox ola bilər.

Həmçinin qəhvə və çayın dəmirin sorulmasını azaltdığı qeyd edilir. Bu səbəbdən dəmir çatışmazlığı olan şəxslərin kofein qəbuluna xüsusi diqqət etməsi tövsiyə olunur.

Mütəxəssislər sağlam insanlar üçün şəkərsiz və kremsiz gündə 1-2 fincan qəhvənin ölçülü qəbulunu uyğun hesab edirlər. Uşaqların isə kofeinə öyrəşdirilməməsi tövsiyə olunur.

Tarix
2026.10.02 / 01:57
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi - Foto

Prezident və xanımı onlarla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla