Yuxarı

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Britaniya səfiri İran XİN-ə çağırıldı

Britaniyanın İrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Axar.az-ın APA-ya istinadən məlumatına görə, diplomat Britaniya hökumətinin İrana qarşı davamlı destruktiv siyasəti ilə bağlı İranın kəskin etirazı ona çatdırılıb.

İran Xarici İşlər Nazirliyinin məlumatına görə, Britaniya səfiri İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxt-Rəvançi tərəfindən çağırılıb.

Görüşdə İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Britaniya hökumətinin İrana qarşı törətdiyi çoxsaylı qanun pozuntularına görə beynəlxalq məsuliyyətini xatırladıb.

Təxt-Rəvançi xüsusilə ABŞ və İsrailin İrana qarşı hərbi təcavüzünün hazırlanması və həyata keçirilməsi üçün Britaniyanın nəzarətində olan hərbi bazaların və imkanların istifadəyə verildiyini bildirib.

“Britaniya hökumətinin son vaxtlar Fayerford aviabazasında təxribat hazırlığı bəhanəsi ilə əsassız ittihamlar irəli sürməsi Britaniyanın İran xalqına qarşı hərbi təcavüzdə əlbirliyini heç bir şəkildə kölgədə qoya bilməz. Britaniya hökuməti təcavüz cinayətində və ABŞ və sionist rejim tərəfindən törədilən hərbi cinayətlərdə iştirakına görə cavab verməlidir”, - o deyib.

Məlumata görə, Təxt-Rəvançi Britaniya rəsmilərinin Fayerford hərbi bazasında təxribat planını İranla əlaqələndirən əsassız iddiasını rədd edib və Britaniya hökumətinin bununla bağlı rəsmi izahat verməsinin, eləcə də İrana qarşı yolverilməz mövqeyini dəyişməsinin vacibliyini vurğulayıb.

Tarix
2026.10.01 / 20:15
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı

İrakli Çikovani Azərbaycanda səfərdədir

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla