Yuxarı

Trendyol və Azərlotereya əməkdaşlığa başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trendyol və Azərlotereya əməkdaşlığa başladı

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük e-ticarət platformalarından biri Тrendyol, Azərbaycanın yeganə qanuni lotereya təşkilatçısı Azerlotereya ilə əməkdaşlığa başlayıb. ​​Bu əməkdaşlıq çərçivəsində Тrendyol, “Azerlotereya”nın rəsmi e-ticarət sub-distributoru kimi çıxış edəcək.

Müştərilər artıq “Тrendyol” platforması vasitəsilə də “1001 Sevinc” əşya lotereyasına qoşularaq şanslarını sınaya biləcəklər.

“1001 Sevinc” əşya lotereyası oyunçulara cəmi 0.5, 1, 2 və ya 3 AZN qarşılığında qiymətli hədiyyələr qazanmaq imkanı yaradır. Qaliblər lototron vasitəsi ilə “Azərlotereya”nın Youtube və Telegram kanallarında canlı yayımla müəyyən edilir.

Lotereyada avtomobil, eləcə də telefon, kompüter və planşetlər, elektronika, məişət avadanlıqları, oyun və konsollar, hədiyyə kartları kimi kateqoriyalara daxil olan uduşlar oynanılır.

Lotereya biletini onlayn şəkildə əldə etmək üçün Тrendyol müştəriləri əsas səhifədə yerləşdirilən “1001 Sevinc” bannerinə klikləməli və ya “Sifarişlərim” bölməsindən “1001 Sevinc” kateqoriyasını seçməlidirlər. Bununla yanaşı, müştərilər əldə etdikləri biletlərin statusu, tiraj tarixi, lotereyanın nəticələri barədə məlumatları da öz Тrendyol hesablarında görə biləcəklər.

Hazırda “Тrendyol”un Azərbaycanda 2,5 milyondan çox müştərisi var. Son iki ildə Тrendyol tətbiqi Azərbaycanda ən çox yüklənən mobil tətbiq olub.

2001-ci ildən fəaliyyət göstərən “Azərlotereya”nın müxtəlif çeşidli əyləncəli oyunlarında 1000000 manatadək böyük uduş qazanmaq şansı var.

Tarix
2025.12.08 / 11:21
Müəllif
Axar.az
Digər xəbərlər

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla