Yuxarı

Hökməli-Qobu yolunda qəza: 3 ölü - Anbaan video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hökməli-Qobu yolunda qəza: 3 ölü - Anbaan video

12:17

Hökməli-Qobu yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az xəbər verir ki, hadisə zamanı yük avtomobili minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü Zaur Əliyev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Yük maşını ilə toqquşan "Toyota Prius" markalı nəqliyyat vasitəsində olan qadın isə təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

***

Hökməli–Qobu yolunda baş verən avtomobil qəzasında ölənlərin sayı 3-ə çatıb.

Bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib.

Qeyd olunub ki, dekabrın 8-də saat 09:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qobu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərin (kişi) həkiməqədər ölüm faktı, 1 nəfərin (qadın) isə xəstəxanaya qədər ölüm faktı qeydə alınıb.

Tarix
2025.12.08 / 14:10
Müəllif
Axar.az
Digər xəbərlər

Biz heç vaxt onlar kimi ola bilmərik... - Prezident

Bizə heç kimin köməyi, himayadarlığı lazım deyil!

Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı...

Hazırkı Ermənistan iqtidarı mədəniyyətsiz açıqlamalarla...

Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - Video

Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi... - Prezident

YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış etdi

Onlar Köçəryanın əsas seçici bazasını təşkil edirdi...

Azərbaycanın İsraillə münasibətləri... - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla