Yuxarı

İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hələlik Rusiya yumşaq davranır, Ermənistanla Avrasiya İqtisadi İttifaqı arasında ticarət dövriyyəsi ilə bağlı məlumatlara istinad edərək Nikol Paşinyanı inandırmağa çalışır ki, belə bir addım yanlışdır və AB Ermənistana Rusiyanın verə biləcəyini vermək iqtidarında deyil. Amma bu cür şifahi diplomatiyanın resursu artıq tükənmək üzrədir. Sərt qərarlar qəbul etmək və Ermənistanın bu məsələdə mövqeyini geosiyasi xəyanət kimi qələmə vermək vaxtı yaxınlaşır.

Axar.az xəbər verir ki, bu sözləri ermənipərəst rusiyalı politoloq Stanislav Tarasov Rusiya Baş nazirinin müavini Aleksey Ovurçukun Ermənistanın Aİİ üzvü ola-ola AB-yə üzvlük prosesini başlatması haqda “İrəvan iki stulda otura bilməz” sözlərini şərh edərkən deyib.

“İrəvan açıq şəkildə regiondakı vəziyyəti başqa bir qarşıdurmaya aparır, lakin artıq dar regional deyil, geniş Qərb-Şərq kontekstində və NATO-nun hərbi strukturlarını regiona cəlb etmək niyyətindədir. İndi münaqişənin tərəfləri Bakı və İrəvan deyil, dolayısı ilə Moskva və Brüssel ola bilər. Ona görə də Moskva bunları nəzərə almağa başlayıb”, - o bildirib.

Tarasov İrəvanın KTMT-nin maliyyələşdirmə sənədini imzalamaqdan imtina etməsini təsadüfi hesab etməyin:

“Ermənistan bundan sonra hansı istiqamətə gedəcəyinə qərar vermir. Regional ticarət dəhlizlərinə daxil deyil; bütün qonşu ölkələr üçün böyük əhəmiyyət kəsb edən Şimal-Cənub nəqliyyat dəhlizi Ermənistandan yan keçir. Bu o deməkdir ki, Ermənistanın seçim dairəsi sürətlə daralır və regionda onsuz da təlatümlü olan vəziyyəti pozmağa qadir olan geosiyasi sunami güc toplayır”.

Tarix
2025.04.19 / 14:47
Müəllif
Axar.az
Digər xəbərlər

“Tuşonka-2” əməliyyatı başlayır: İfşalar olacaq - Şahnazaryan

Çin-ABŞ gərginliyi artır: Tramp ilk dəfə “soyuq savaş” dedi…

Sahil Babayev sahibkarları sevindirir – Ekspert alqışladı

Orta dəhliz bizim üçün vacibdir, Zəngəzur da... - Uraloğlu

Duma deputatından Azərbaycana qarşı aşağılayıcı sözlər…

İlham Əliyevdən Uşaqlar Günü ilə bağlı paylaşım - Video

PA rəsmisi minaya düşən vətəndaşlarımızın sayını açıqladı

Ərdoğan Laçında bununla sübut etdi ki... - Yüce

Səfirimiz İran xarici işlər nazirinin müavini ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə Xankəndi görüşündən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla