Yuxarı

Kərim Benzema bu komandaya transfer oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kərim Benzema bu komandaya transfer oldu

Fransa millisinin hücumçusu, “Qızıl top” mükafatının sahibi Kərim Benzema Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubu ilə müqavilə imzalayıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

38 yaşlı futbolçu ilə imzalanan müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, Benzema 2023-cü ildən etibarən “Əl-İttihad” klubunun formasını geyinib. O, bu komanda ilə 2025-ci ildə Səudiyyə Ərəbistanı çempionu olub. Yanvarın 29-da Fransanın “L’Ekipp” qəzeti Benzemanın maaşının azaldılması ilə bağlı təklif edilən yeni müqavilə səbəbindən “Əl-İttihad”da çıxış etməkdən imtina etdiyini yazıb.

Kərim Benzema daha əvvəl İspaniyanın “Real Madrid” və Fransanın “Lion” klublarında çıxış edib. Madrid təmsilçisinin heyətində o, dörd dəfə İspaniya çempionu olub, üç dəfə ölkə kubokunu qazanıb, beş dəfə isə Çempionlar Liqasının qalibi adını qazanıb.

2022-ci ildə Benzema Fransanın “France Football” jurnalının versiyasına görə dünyanın ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatına layiq görülüb. O, “Real Madrid”in heyətində 648 oyun keçirib, 354 qol vurub və klub tarixinin bombardirləri siyahısında ikinci yerdə qərarlaşıb.

Benzema Fransa millisində 2007–2022-ci illərdə çıxış edib, 97 oyunda 37 qol vurub. O, 2021-ci ildə milli komanda ilə birlikdə Millətlər Liqasının qalibi olub, 2022-ci il dünya çempionatında isə Fransa yığması ilə gümüş medal qazanıb.

Tarix
2026.02.03 / 01:48
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla