Yuxarı

Avropa Birliyi Azərbaycan və Türkiyəyə şərt qoydu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa Birliyi Azərbaycan və Türkiyəyə şərt qoydu

Avropa Birliyi qaz təchizatında şəffaflığı artırmaq üçün qaydaları sərtləşdirir.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, AB-nin yeni EU/261/2026 reqlamentinə əsasən, Azərbaycan və Türkiyə vasitəsilə Avropa bazarına daxil olan qazın Rusiya mənşəli olmadığını rəsmi sənədlərlə sübut etmək məcburiyyəti tətbiq olunur.

Yeni mexanizmə görə, mənşə təsdiqi qaz AB ərazisinə daxil olmamışdan əvvəl, sərhəd məntəqələrində aparılacaq. Xüsusilə Bolqarıstanda yerləşən Strandzha-1 kimi giriş nöqtələrində sənədlər yoxlanılacaq. Məqsəd Rusiya qazına qarşı tətbiq edilən embarqonun dolayı yollarla aşılmasının qarşısını tam almaqdır.

AB rəsmiləri bildirirlər ki, yeni reqlament təchizat zəncirində izlənəbilənliyi gücləndirəcək, üçüncü ölkələr üzərindən mümkün “rebrendinq” risklərini azaldacaq və enerji bazarında qaydalara əməl olunmasını təmin edəcək. Qaydaların icrası ilə nəzarət prosedurlarının daha sistemli və sərt aparılacağı vurğulanır.

Tarix
2026.02.02 / 22:31
Müəllif
Axar.az
Digər xəbərlər

İranın AzTV-ni “düşmən” saymasının cavabı...

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni cinayətkarların məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla