Yuxarı

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin rusiyalı həmkarı Vladimir Putinlə görüşdə Rusiya-Ukrayna münaqişəsini dondurmağa çağırması onun Ukraynanın mövqeyini dəstəkləməsi anlamına gəlir. Kiyev də eyni sözü deyir, atəşkəsə hazır olduğunu vurğulayır. Doğrudur, Tokayev Putini tam qəzəbləndirməmək üçün tərəfləri İstanbuldakı danışıqlara qayıtmağa çağırış etdi. Bu isə sanki Rusiyanın maraqlarına uyğundur. Ancaq önəmli olan Tokayevin cümləsinin birinci hissəsidir. Tokayev müharibəni dayandırmaq çağırışı ilə həm də ölkəsinin maraqlarını nəzərə almış olur. Çünki Rusiya-Ukrayna müharibəsi Qazaxıstan neftinin Qara dənizlə daşınmasına ciddi təhlükə yaradıb, Novorosiysk limanı və limana yaxınlaşan neft tankerləri dronların hədəfindədir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Tokayev Putinlə görüşdə fikrini belə yekunlaşdırdı ki, mən vasitəçi olmaqdan qəti şəkildə imtina edirəm. Bütün hallarda Tokayev “müharibəni dayandır” mesajını birbaşa Putinin üzünə söylədi. Tokayevin bu açıqlamasına Rusiyanın digər iki tərəfdaşı – Belarus Prezidenti Aleksandr Lukaşenko və Çin lideri Si Szinpin də qoşulsa, Putin daha ciddi təzyiq altına düşəcək”, - politoloq əlavə edib.

Tarix
2026.07.27 / 13:12
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla