Yuxarı

Azərbaycan elminə ağır itki...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan elminə ağır itki...

Professor Məsud Məmmədov (Məsudi Dövran) vəfat edib

Axar.az-ın Teleqraf-a istinadən məlumatına görə, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Məsud Əliağa oğlu Məmmədov bu gün vəfat edib.

Alim 1973-cü ildə elm aləmində demək olar ki, tədqiq olunmamış “Xələc dili” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1984-cü ildə doktorluq dissertasiyasını müdafiə edən Məsud Məmmədov 1985-ci ildən professor adını alıb.

O, 1975–1994-cü illərdə Özbəkistan Respublikasının Gülüstan Dövlət Universitetində baş müəllim, “Rus dili” kafedrasının müdiri, “Rus dili və ədəbiyyatı” fakültəsinin dekanı, 1987–1992-ci illərdə isə tədris işləri üzrə prorektor işləyib.

1992–1994-cü illərdə Qazaxıstanın Türküstan şəhərində fəaliyyət göstərən Türk–Qazax Beynəlxalq Universitetinə dəvət olunaraq “Türk dili” kafedrasının müdiri kimi çalışıb.

1994-cü ildən etibarən Lənkəran Dövlət Universitetində pedaqoji və elmi fəaliyyətini davam etdirən Məsud Dövran 300-ə yaxın elmi məqalənin, 5 monoqrafiyanın və 6 şeir kitabının müəllifidir.

Tarix
2026.02.02 / 23:25
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla