Yuxarı

Donbas Rusiyaya verilsin? - Ukraynada sorğu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Donbas Rusiyaya verilsin? - Ukraynada sorğu

Sorğuda iştirak edən ukraynalıların yarıdan çoxu, yəni 52 faizi təhlükəsizlik zəmanətləri müqabilində Donbasın Rusiyaya verilməsinə qarşı çıxır. Eyni zamanda, 40 faiz bu cür kompromisə hazırdır.

Axar.az xəbər verir ki, bu, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun sorğusu zamanı müəyyən edilib.

Sorğuya əsasən, respondentlərin əksəriyyəti bütün Donbasın Rusiyanın nəzarətinə verilməsini qətiyyən qəbulolunmaz hesab edir.

Bununla belə, Ukraynanın yarıdan az əhalisi belə güzəştə razıdır, baxmayaraq ki, onların çoxu bunun çətin və mürəkkəb şərt olduğunu qəbul edir. Respondentlərin 8 faizi isə öz mövqeyini müəyyən edə bilməyib.

Kiyevlilərin 59 faizi Donbasın verilməsini qətiyyən qəbulolunmaz hesab edir, 31 faiz isə belə variantı qəbul etməyə hazırdır.

Ölkənin qərb bölgəsində yaşayan ukraynalıların 57 faizi əleyhinə, 38 faiz isə lehinədir. Mərkəz və şimal regionlarında 49 faiz bu qərara qarşı çıxır, 42 faiz isə kompromisə hazırdır. Cənubda 49 faiz əleyhinədir, 44 faiz mümkün hesab edir. Şərqdə isə 50 faiz buna qarşı çıxır, 39 faiz belə addımı atmağa hazır olduğunu bəyan edir.

Tarix
2026.02.02 / 22:49
Müəllif
Axar.az
Digər xəbərlər

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

Gəmi qəzası: Azərbaycanlıların həbs müddəti yenə uzadıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla