Yuxarı

Həlak olan hərbçi xanımın əmisi ilə bağlı şok məlumat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həlak olan hərbçi xanımın əmisi ilə bağlı şok məlumat

Xəbər verdiyimiz kimi, bu gün Kəlbəcərdə baş verən qəzada hərbi qulluqçumuz İlahə Şahverdiyeva həlak olub. Bir il əvvəl cavan oğlunu itirən hərbçimizin həyatı ilə bağlı tanınmış jurnalist Zahid Nurəliyev diqqətçəkən paylaşım edib.

Axar.az xəbər verir ki, İlahə xanım Milli Qəhrəman İsrafil Şahverdiyevin qardaşı qızıdır. Atası Rəsul Şahverdiyev də 1995-ci ildə Qarabağ uğrunda döyüşlərdə şəhid olub.

"Bayaq xəbəri dəqiqləşdirmək üçün Laçın ağsaqqallarından Qəzənfər müəllimlə danışdım. İsrafil Şahverdiyev haqqında maraqlı bir hadisə danışdı. Bir dəfə İsrafil polis rəisindən icazəsiz ermənilərlə döyüşə gedib. Gələndə rəis onu danlayıb, deyib, niyə icazəsiz döyüşə getmisən. İsrafil Şahverdiyev bildirib ki, komandir, məni nənəm böyüdüb, uşaq vaxtı başımı sinəsinə qoyurdum, bir döşü yox idi, bir dəfə soruşdum bu haqda, nənəm dedi ki, o, vaxt ermənilər kəsib, komandir, nənəmin qisasını almağa getmişdim...

Şəhid jurnalist Salatın Əsgərovanın qisasının alınmasında da İsrafil Şahverdiyevin böyük rolu olub.

Allah bu qəhrəman ailənin bütün dünyadan köçənlərinə rəhmət eləsin!”, - o qeyd edib.

Tarix
2025.04.14 / 18:57
Müəllif
Axar.az
Digər xəbərlər

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla