Yuxarı

Kavelaşvili Heydər Əliyev Mərkəzində... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kavelaşvili Heydər Əliyev Mərkəzində... - Foto

Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili aprelin 15-də Heydər Əliyev Mərkəzində olub.

Axar.az xəbər verir ki, qonağa dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası haqqında məlumat verilib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və ictimai-siyasi irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.

Mərkəzdəki Heydər Əliyev Muzeyində Ulu Öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual şəkildə təqdim olunur.

Gürcüstan Prezidenti əvvəlcə Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə - 1969-cu ildən 2003-cü ilə qədər rəsmi istifadəsində olan avtomobillərə baxıb.

Ümummilli Liderin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif dövrlərini əks etdirən eksponatlar, fotoşəkillər və multimedia zalı qonaqda böyük maraq doğurub.

“Azərbaycan inciləri” sərgisi ilə də tanış olan Gürcüstan Prezidentinə bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı nadir eksponatların nümayiş etdirildiyi bildirilib. Burada qədim peşələrin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri sərgilənir, milli çalğı alətlərimizin orijinal şəkildə - səsli formada təqdim olunduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.

"Klassik avtomobillər sərgisi" ilə də tanış olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili daha sonra xatirə kitabına ürək sözlərini yazıb.

Gürcüstan Prezidenti Mərkəzdən xoş təəssüratla ayrılıb.

Tarix
2025.04.15 / 20:23
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəfində

Azərbaycan Britaniya üçün vacib tərəfdaşdır - Nazir

Yaxın vaxtlarda Bakı ilə bu işlərə başlayacağıq - Paşinyan

Paşinyanın reytinqi Rusiyanı dəli etdi - Son sorğu

İlham Əliyev Zoran Milanoviçi təbrik etdi

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

Azərbaycanın inkişaf tempi məni heyran edib... - Babiş

Pezeşkian iclas keçirdi: Azərbaycanla bağlı tapşırıq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla