Yuxarı

Rayonlara qar yağır, çaylarda sululuq artdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2025.04.15 - 22:00

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a bildirilib ki, aprelin 15-i saat 21:00-a olan məlumatına əsasən, bəzi yerlərdə şimşək çaxır, Lerik, Balakən, İsmayıllı, İmişli, Cəlilabad, Lənkəran, Sabirabad, Zaqatala, Xocalı, Kəlbəcər, Zəngilan, Şuşa, Yardımlı, Daşkəsən, Gədəbəy, Culfa, Göygöl, Şəmkir, Ceyrançöl, Şabran, Ağstafa, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Biləsuvar və Neftçalada intensiv yağış, Tovuz, Oğuz, Qax, Xaltan, Göyçay, Gəncə, Quba, Qusar, Şəki, Laçın, Ağdam, Naftalan və Füzulidə isə leysan xarakterli yağış yağır.

Şahdağda arabir qar yağması müşahidə olunur.

Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 23 m/s-yə çatır.

***

Aprelin 16-sı saat 00:00-a olan məlumata əsasən, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, düşən yağıntının miqdarı Qubada 50 mm (aylıq normanın 105%-i), Qusarda 31 mm (aylıq normanın 65%-i), Beyləqanda 30 mm (aylıq normanın 98%-i), Ağdamda 27 mm (aylıq normanın 55%-i), Lerikdə 26 mm (aylıq normanın 36%-i), Xocalıda 25 mm (aylıq normanın 35%-i), Zərdabda 24 mm (aylıq normanın 77%-i), Oğuzda 24 mm (aylıq normanın 25%-i), Füzulidə 20 mm (aylıq normanın 37%-i), Göyçayda 20 mm (aylıq normanın 103%-i), Xaltanda 19 mm (aylıq normanın 28%-i), Şəkidə 19 mm (aylıq normanın 21%-i), Balakəndə 19 mm (aylıq normanın 19%-i), Kürdəmirdə 18 mm (aylıq normanın 52%-i), Ağstafada 18 mm (aylıq normanın 48%-i), Tərtərdə 17 mm (aylıq normanın 70%-i), Yevlaxda 17 mm (aylıq normanın 51%-i), Mingəçevirdə 17 mm (aylıq normanın 50%-i), Qəbələdə 17 mm (aylıq normanın 17%-i), Yardımlıda 16 mm (aylıq normanın 26%-i), Sabirabadda 15 mm (aylıq normanın 50%-i), Naftalanda 15 mm (aylıq normanın 48%-i), Bərdədə 15 mm (aylıq normanın 62%-i), Şabranda 14 mm (aylıq normanın 48%-i), Qaxda 13 mm (aylıq normanın 19%-i), Gəncədə 12 mm (aylıq normanın 39%-i), Altıağacda 12 mm (aylıq normanın 17%-i), İsmayıllıda 11 mm (aylıq normanın 11%-i), İmişlidə 10 mm (aylıq normanın 34%-i), Şamaxıda 10 mm (aylıq normanın 15%-i), Zaqatala, Naxçıvan, Şəmkir, Qobustan, Lənkəran, Göygöl, Cəlilabad, Tovuz, Biləsuvar, Ceyrançöl, Daşkəsən, Astara, Gədəbəy, Zəngilanda 2-9 mm-dir.

Qeyd olunub ki, dağlıq ərazilərdə - Şahdağ, Kəlbəcər, Şuşa, Laçında isə qar yağır, şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25 m/s-yə çatır.

Çaylarda müşahidə olunan faktiki vəziyyətə gəlincə isə ölkə ərazisində müşahidə olunan leysan xarakterli intensiv yağıntılar ilə əlaqədar olaraq əksər daxili çaylarda sululuq artıb. Avtomat hidroloji stansiyaların aprelin 16-sı saat 00:00-a olan məlumatına əsasən ən çox artım Böyük Qafqaz ərazisindən axan çaylarda qeydə alınıb.

Belə ki, Böyük Qafqaz ərazisindən axan Əyriçayda 52 sm, Qarasuçayda 33 sm, Kiçik Qafqaz ərazisindən axan Əsrikçay və Qabbırı-Kəsəməndə 5 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Bərgüşadçayda 38 sm, Köndələnçayda 11 sm, Quruçayda 7 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançayda 5 sm artım qeydə alınıb.

Tarix
2025.04.16 / 00:38
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı müstəmləkə əsarəti altında olanlara dəstək verəcək

Əliyev bunun qarşısını alacaq yeganə liderdir – İsrail mediası

Saakaşvilidən İlham Əliyev haqda heyrətamiz sözlər

Əli Əsədov Gürcüstan prezidenti ilə görüşdü

Bayramov Çinin yeni səfiri ilə görüşdü

Mixail Kavelaşvili Azərbaycana gəldi - Foto

Hakan Fidan Ceyhun Bayramovu bu cür yola saldı - Video

Sahibə Qafarova Hulusi Akarla görüşdü - Foto

Qarabağ Zəfəri qlobal təhlükələrə qarşı... - Akar

“Azərbaycanla müharibə olacaq” deyənlərə üz tuturam...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla