Yuxarı

Söküntüdə artırmalara görə də kompensasiya... - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Söküntüdə artırmalara görə də kompensasiya... - Ekspert

Hər hansı bir tikilinin sahəsi artırılıbsa, bu halda qaydalara uyğun olaraq həmin şəxsin artırması da nəzərə alınmaqla kompensasiya ödənişləri müəyyən edilməlidir. Çünki sökən qurum da, dövlət də bilir ki, bu artırma sahələri özbaşına tikili hesab olunsa da, əslində, müəyyən razılaşmalar əsasında inşa edilib.

Bu sözləri Axar.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı söküntü zamanı tikililərə edilən artırmalara görə kompensasiya barədə danışarkən deyib.

Ekspertin sözlərinə görə, yaşayış yerinin yerləşdiyi ərazi də vacib amildir və dövlət bu istiqamətdə müəyyən siyasət həyata keçirir:

“Dövlət tərəfindən həyata keçirilən proseslərdə mütləq qaydada müstəqil qiymətləndirici cəlb olunur və fərdi qaydada bu ərazilərə baxılır və müvafiq bazar qiyməti müəyyən edilir. Qaydalar bunu tələb edir. Özəl şirkətlər isə bir çox hallarda qiymətləndirici cəlb etmədən, qarşılıqlı razılaşmalar əsasında sakinlərlə prosesi həll etməyə çalışırlar. Ona görə də konkret olaraq hansı halda nə qiymət müəyyən ediləcəyini əvvəlcədən söyləmək düzgün olmaz”.

Tarix
2025.04.16 / 09:08
Müəllif
Maral Şahverdili
Digər xəbərlər

REZA-nın fotosərgisi: Aeroportda təqdim olunur - Foto

Pezeşkian Azərbaycanla bu əlaqələri dəstəkləyib

Bayramov kollegiya iclası keçirdi, tapşırıqlar verildi

Əli Əsədov Armenqolla görüşdü, başsağlığı verdi

Leyla Əliyevadan bacısı ilə bağlı maraqlı paylaşım - Foto

Şeyx Zayed Fondundan Əliyevlə bağlı paylaşım - Video

Kobaxidzedən Bakı və İrəvanla bağlı açıqlama

Bayramov Cəlalzadəni qəbul etdi: İrandakı aksiyalar...

Bakı 11 nəfəri İrəvana təhvil verdi

Koncoryan: Köçəryan bu bölgəni Azərbaycana vermək istəyirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla