Yuxarı

DYP-dən yağışlı hava ilə bağlı daha bir açıqlama - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DYP-dən yağışlı hava ilə bağlı daha bir açıqlama - Video

12:14

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə avtomobil yollarının yaxınlığında yerləşən məktəb ətraflarında, eləcə də piyadaların müntəzəm hərəkət etdiyi ərazilərdə və nizamlanmamış keçidlərdə Dövlət Yol Polisi əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilir.

Axar.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, əsas məqsəd – azyaşlıların və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması və yol-nəqliyyat hadisələrinin qarşısının alınmasıdır:

"Bu çərçivədə hərəkət iştirakçılarından – valideynlərdən, sürücülərdən və piyadalardan mövcud hava şəraitini nəzərə alaraq daha diqqətli olmaları və müəyyən olunmuş qaydalara riayət etmələri xahiş olunur. Qeyd olunan ərazilərdə təhlükəsizlik tədbirlərinə əməl olunması hər bir şəxsin həyat və sağlamlığının qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir".

***

DYP əməkdaşları avtomobil yollarının yaxınlığında yerləşən məktəb ətraflarında, eləcə də piyadaların müntəzəm hərəkət etdiyi ərazilərdə və nizamlanmamış keçidlərdə tədbirlər görür.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Tarix
2025.04.16 / 15:10
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

Zal Yusifovun oğlunun işi: Səs yazısı var...

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı

Ermənistan parlamenti TRİPP-i ratifikasiya etdi

Bu, beynəlxalq aləmdə ən böyük təhdiddir - Deputat

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

İstefadan sonra Saral səhifəsində bunları etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla