Yuxarı

Aktyorun evini basan selin hündürlüyü… - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aktyorun evini basan selin hündürlüyü… - Video

İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru Niyaməddin Səfərəliyevin evini su basıb.

Bu barədə Axar.az-a aktyor özü məlumat verib.

"Kanalizasiya suları doldu evə, hər şeyi məhv elədi. Bütün texnikalar, mebellər, yatacaqlar... hamısı batdı.

Hadisə aprelin 15-dən 16-na keçən gecə baş verib. Gecə saat 3-4 radələrində güclü leysan yağışları nəticəsində Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi 90 ünvanında yerləşən evimə kanalizasiya sularının dolması nəticəsində bütün ev əşyalarımız su altında qaldı", - o bildirib.

Səfərəliyevin sözlərinə görə, bu gün dəfələrlə müvafiq qurumlara əlaqə yaratmağa, yardım istəməyə çalışıb:

“80 yaşlı, xəstə anamı da götürüb, evdən birtəhər çıxmışıq. Hazırda qardaşımın Buzovnadakı evinə sığınmışam. Evin hazırkı vəziyyəti barədə xəbərim yoxdur".

Aktyor qeyd edib ki, bu, Masazır ərazisində ilk belə hadisə deyil:

"Bu ərazidə kanalizasiya sistemi ümumiyyətlə bərbad vəziyyətdədir. Hər yağışda bu kimi hallar baş verir, amma bu dəfəki qədər dəhşətli olmamışdı".

Qeyd edək ki, Niyaməddin Səfərəliyev 23 ildir Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyət göstərir.

Tarix
2025.04.16 / 22:46
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla