Yuxarı

Expressbank uşaqların maliyyə savadlılığına töhfə verir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Expressbank uşaqların maliyyə savadlılığına töhfə verir

Expressbank maliyyə savadlılığının artırılması istiqamətində daha bir önəmli təşəbbüsə imza atıb.

Bank Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyi, AR Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə paytaxtımızda 4-cü dəfə keçirilən Uşaq Kitab Festivalı çərçivəsində “Mənim kitab daxılım” layihəsinin dəstəkçisi olaraq uşaqlarda büdcə formalaşdırma vərdişlərinin inkişafına töhfə verib.

Expressbank bu layihə ilə uşaqlarda büdcənin yaradılmasından əlavə, həm də onun doğru sərf edilməsinə vurğu edib.

Layihə çərçivəsində festivaldan iki ay öncədən başlayaraq 50 000 ədəd xüsusi dizayn edilmiş "kitab daxılı"nın çapı və paylanması baş tutub. Həmçinin festivala qədərki müddətdə Expressbankın paytaxt ərazisində yerləşən filiallarında daxılların paylanılmasına dəstək göstərilib. Bununla bərabər paytaxt və yaxın regionların təhsil müəssisələrində paylanan bu daxıllar uşaqlarda həm kitab sevgisinin, həm də şəxsi maliyyə vərdişlərinin formalaşmasına təkan verməyi hədəfləyir. Layihənin əsas məqsədi uşaqların kiçik yaşlardan büdcə qurma bacarığını inkişaf etdirmək və onlarda pulun dəyəri barədə ilkin anlayış yaratmaqdır.

Festivalın “Peşələr günü” çərçivəsində isə Expressbank əməkdaşı "Bankir" peşəsini təmsil edərək "Pulun yaranması və təkamülü" mövzusunda interaktiv seminarla çıxış edib. Seminar ərzində uşaqlara pulun tarixindən, onun dəyişən formalarından və müasir dövrdə maliyyənin əhəmiyyətindən bəhs olunub. Seminarın sonunda təşkil olunan kiçik viktorinada fəallıq göstərən üç uşaq Expressbank və Epay tərəfindən xüsusi hədiyyələr və təltifnamələrlə mükafatlandırılıb.

Qeyd edək ki, Expressbank korporativ sosial məsuliyyət çərçivəsində cəmiyyətin müxtəlif yaş qruplarının maliyyə savadlılığına xüsusi həssaslıqla yanaşır və uşaqlara yönəlik təşəbbüslərlə erkən yaşlardan düzgün maliyyə vərdişlərinin təbliğinə önəm verir.

Tarix
2025.04.17 / 17:24
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflisin İrəvandan idxalı Bakıya nisbətən 10 dəfə çox oldu

Pakistan bu ölkəyə zərbələr endirdi: onlarla ölü var

İlham Əliyev Səudiyyə kralını təbrik etdi

Prezidentin mühafizəçiləri ilə bağlı videonun təhlili...

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

Milli Məclis bu MMC ilə 2 milyonluq müqavilə bağlayıb?

Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadə-üslub xətaları...

Urmiya gölündə suyun səviyyəsi 68 santimetr yüksəldi

Tramp sarsıdıcı zərbə aldı: manevr imkanı məhdudlaşdı

Putin və Si Trampın Şurasına qoşulacaqmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla