Yuxarı

Ekspert müjdə verdi: Qəbul imtahanı çətin olmayacaq!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ekspert müjdə verdi: Qəbul imtahanı çətin olmayacaq!

Bu il buraxılış imtahanından 43 nəfər maksimal bal toplayıb. 2024-cü ildə isə bu say 53 idi. Keçən illə müqayisədə azalma müşahidə olunur.

Bu sözləri Axar.az-a təhsil eksperti Ramin Nurəliyev buraxılış imtahanının nəticələrini şərh edərkən deyib.

Ekspert bildirib ki, maskimum bal toplayanlarının sayının azalması riyaziyyat fənnindən olan suallarla əlaqəlidir:

“Buna səbəb riyaziyyat fənnindən olan sualların bir neçəsinin çətin olmasıdır. Bu da ümumi imtahanın nəticəsinə də təsir etdi. Məncə, ümumi imtahandakı çətinlik səviyyəsi ötənilki buraxılış imtahanı ilə eyni vəziyyətdədir. Bu isə imtahanın ikinci mərhələsi hesab edilən blok imtahanlarının siqnallarını verir.

Hesab edirəm ki, DİM blok imtahanını keçən ilə nisbətən çətin salmayacaq. Çünki keçən il ali təhsil müəssisələrində ümumi plan yeri 58 min idi. Ancaq bu il sayın 5-6 minə qədər artması ehtimalı var. Əgər ümumi plan yeri 62-63 min olacaqsa, müsabiqə şərtlərini ödəyən şəxslərin sayı da 70 min olmalıdır. Ona görə də blok imtahanlarının çətin olacağı qənaətində deyiləm”.

Ekspert əlavə olaraq bildirib ki, 700 bal toplayanların sayı blok imtahanlarından asılı olacaq:

“Bu il 120 min abituriyent buraxılış imtahanına ilkin qeydiyyatdan keçib. Ancaq burada əsas məsələ blok imtahanı üçün qeydiyyat və iştirakdır. Bunu mayın 1-dən, blok imatahanlarına qeydiyyat yekunlaşdıqdan sonra biləcəyik”.

Tarix
2025.04.20 / 10:16
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla