Yuxarı

Heydərov Naxçıvanda sakinlərlə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heydərov Naxçıvanda sakinlərlə görüşdü

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Naxçıvan şəhərində vətəndaşları qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov aprelin 21-də Naxçıvan şəhərində, Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin inzibati binasında MR sakinlərinin qəbulunu keçirib.

Əvvəlcə, nazir K.Heydərov Ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib.

Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Naxçıvan Muxtar Respublikası sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, Nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri də vətəndaşları qəbul edib.

Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.

Tarix
2025.04.21 / 17:10
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla