Yuxarı

Dövlət Komitəsində italiyanlarla görüş

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlət Komitəsində italiyanlarla görüş

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən, Mədəniyyət və Turizm Nazirliyinin benefisiar olduğu 2016-2018-ci illərdə "Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə dəstək" adlı tvinninq layihəsinin ekspertləri Mikela Diodato və Eliza Petruçi, layihənin yerli koordinatoru Alessandro Biançi ilə görüş keçirilib.

Axar.az Komitəyə istinadən xəbər verir ki, mədəniyyət sektorunun idarəedilməsində və mədəni irsin qorunmasında ən qabaqcıl təcrübəyə yiyələnmək üçün Azərbaycana dəstək göstərilməsi məqsədilə həyata keçirilən layihənin ekspertləri layihə haqqında Dövlət Komitəsinin nümayəndələrinə geniş məlumat veriblər.

DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarovun, Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli, Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərovun, İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Nərminə Məmmədovanın iştirak etdiyi görüşdə qonaqlara Dövlət Komitəsinin müvafiq şöbələrinin fəaliyyəti və funksiyaları, həmçinin Komitə tərəfindən həyata keçirilən tədbirlər barədə danışılıb.

Layihənin yerli koordinatoru Alessandro Biançi Azərbaycanın tolerant mühitini yüksək qiymətləndirib və bu modelin dünyada yayılmasına ehtiyac olduğunu söyləyib.

Tarix
2016.06.06 / 21:02
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla