Yuxarı

Ermənistan buna qarşı çıxır - İcma

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan buna qarşı çıxır - İcma

Qərbi Azərbaycan İcması ədalətə əsaslanan davamlı sülhə və barışığa nail olmaq üçün Qərbi azərbaycanlıların qayıdış hüququ və onların mədəni irsi barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaqda davam edir. Ermənistan tərəfi bu cür tədbirlərdən və təqdim edilmiş məlumatlardan düzgün nəticə çıxarmaq, törətdiyi hüquq pozuntuları və ədalətsizliyə görə öz məsuliyyətini etiraf etmək və Qərbi azərbaycanlıların qayıdışına şərait yaratmaq əvəzinə, həqiqətin ortaya çıxarılmasına və barışığa xidmət edən addımlarımıza qarşı çıxır.

Axar.az xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

"Bu günlərdə Erməni Apostol Kiləsi və əsas hədəfi guya mədəni irsin qorunması olan “Monumentwatch” adlı qurum Varşavada keçirilən “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” adlı sərgi ilə bağlı iftira və təhdid dolu bəyanatlar yayıblar.

Ermənistan hakimiyyət orqanlarının təşkilatçılığı ilə atılması şübhə doğurmayan bu addımlar Ermənistan hökumətinin sülh və barışıq istəmədiyini, bu ölkədə dərin kök salmış irqçilik və dözümsüzlüyü nümayiş etdririr. Çox maraqlıdır, Erməni Apostol Kilsəsi və mədəni abidələrlə bağlı Azərbaycana olmazın iftiralar atan “Monumentwatch” təşkilatı indiki Ermənistan ərazisində cəmi bir əsr əvvəl rəsmi dövlət qeydiyyatında olmuş 269 məsciddən 268-nin məhv edilməsinəvə 500-dən artıq azərbaycanlı məzarlığının dağıdılmasına necə haqq qazandırır.

Qərbi Azərbaycan İcması Erməni Apostol Kiləsi və “Monumentwatch” adlı ekstremist qurumun təhdid və iftira yolu ilə həqiqətlərin ört-basdır edilməsinə xidmət edən, dözümsüzlük yayan və barışığa mane olan bu addımlarını sərt şəkildə qınayır və beynəlxalq ictimaiyyəti Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinin bərpası və qorunmasıüçün bu dövlətə təzyiq etməyə çağırır", - bəyanatda qeyd olunub.

Tarix
2025.04.23 / 19:12
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

Tokayevdən Azərbaycan açıqlaması: 20 milyard dollar...

ABŞ İrəvandakı bu mərkəzi Rusiyaya qarşı istifadə edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla