Yuxarı

Əlillərlə bağlı təlim başa çatdı – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əlillərlə bağlı təlim başa çatdı – Foto

Avropa Birliyinin dəstəyi ilə İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) tərəfindən "Azərbaycanda vətəndaş cəmiyyəti-media-hökumət və özəl sektorun səyləri ilə hərəkət imkanları məhdud insanların yaşam şəraitinin yaxşılaşdırılması və hüquqlarının qorunmasının gücləndirilməsi" layihəsi çərçivəsində iyunun 2-dən Şəmkirdə, 3-də isə Goranboyda başlayan tədbirlər dünən başa çatıb.

Axar.az xəbər verir ki, təlimdə Şəmkir rayonu icra hakimiyyətinin, DSMF, ƏSMM, Məşğulluq idarəsinin nümayəndələri, müxtəlif qrup əlilliyi olan insanlar iştirak ediblər.

Ombudsman Aparatı Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov "Əlillərin hüquqlarının müdafiəsi ilə bağlı mövcud qanunvericilik" mövzusunda təqdimat edib. Təlim zamanı mövcud Ombudsman təsisatının əlillərin fəaliyyətinin qorunmasında fəaliyyəti və əlillərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq və ölkədaxili standartlar barədə məlumat verilib, əlilliyi olan şəxslərin yaşam şəraitinin yaxşılaşdırılması ilə bağlı müxtəlif təklif və təşəbbüslər səslənib.

Goranboyda keçirilən təlimdə isə rayon icra hakimiyyəti, DSMF, ƏSMM, Məşğulluq idarəsinin nümayəndələri, müxtəlif qrup əlilliyi olan insanlar iştirak ediblər. Hüquqşünas Sahib Babayev "Əlillərin hüquqlarının müdafiəsi ilə bağlı mövcud qanunvericilik" mövzusunda təqdimat edib, əlillərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq və ölkədaxili standartlar barədə məlumat verib.

Hər iki təlim interaktiv formada keçirilib və bütövlükdə 50-dən artıq nümayəndə iştirak edib.

Tarix
2016.06.07 / 10:29
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla