Yuxarı

Azərbaycan bayrağını yandırmaq qəbuledilməzdirsə… - Köçəryan

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan bayrağını yandırmaq qəbuledilməzdirsə… - Köçəryan

Baş nazir Nikol Paşinyanın İrəvanda Türkiyə və Azərbaycan bayraqlarının yandırılmasını pisləməsindən sonra Ermənistanın keçmiş prezidenti Robert Köçəryan ölkə hakimiyyətini “ikili standartlarda” ittiham edib.

Axar.az xəbər verir ki, Köçəryan 2015-ci ildə bu gün hakimiyyətdə olan şəxslərin Rusiyanın İrəvandakı səfirliyi önündə Rusiya bayrağını yandırmağa cəhd etdiyini xatırladıb.

“Onlar Xarici İşlər Nazirliyinin indiki rəhbəri, baş nazirin keçmiş mətbuat katibi, baş nazirin indiki köməkçiləridir. Əgər ümumən bayraq yandırmaq qəbuledilməz addımdırsa, indiki hakimiyyətin Rusiya və Türkiyə ilə bağlı ikili standartları təəccüb doğurur”, - o bildirib.

Qeyd edək ki, 23 apreldə qondarma “erməni soyqırımı” ilə bağlı İrəvanın mərkəzində keçirilən “məşəl yürüşü” başlamazdan öncə meydanda Azərbaycan və Türkiyə bayraqları yandırılıb. Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib.

Tarix
2025.04.25 / 00:12
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

Zal Yusifovun oğlunun işi: Səs yazısı var...

İran səfirindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla