Yuxarı

Beynəlxalq səyyahların Cəbrayıla səfəri başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Beynəlxalq səyyahların Cəbrayıla səfəri başladı

“NomadMania” beynəlxalq səyyah klubunun üzvləri işğaldan azad edilmiş ərazilərə sayca 13-cü səfərləri çərçivəsində Cəbrayıl rayonuna gəliblər.

Axar.az xəbər verir ki, səyyahlar öncə rayonun Mehdili kəndi ərazisindəki minatəmizləmə sahəsində olublar.

Sahə barədə ANAMA-nın Ərazi üzrə əməliyyat rəhbəri Qadir Namazəliyev səyyahlara məlumat verib. Bildirilib ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra buradan məcburi köçkün düşən əhalinin öz doğma yurdlarına qayıtması üçün ilk olaraq ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi işinə start verilib.

O da vurğulanıb ki, işğalda olduğu müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən, digər yaşayış məntəqələrində olduğu kimi, Cəbrayıl rayon mərkəzi də daxil olmaqla bütün yaşayış məntəqələrində vandalizm aktları törədilib. Ermənilər dağıdılan əraziləri pərakəndə şəkildə, heç bir qayda gözləmədən mina və partlamamış hərbi sursatlarla çirkləndiriblər.

Qeyd edilib ki, Cəbrayıl rayonu Mehdili kəndi ərazisində aparılan minatəmizləmə fəaliyyəti zamanı ərazidən 92 iş günü ərzində cəmi 875 ədəd mina aşkarlanıb və zərərsizləşdirilib. Bunlardan 155 ədədi tank əleyhinə, 720 ədədi piyada əleyhinə, 1 ədədi isə əldəqayırma partlayıcı mina olub. Ərazidən tapılan piyada əleyhinə minaların Ermənistan istehsalı olduğu müəyyənləşib.

Sonra "NomadMania" səyyah klubunun üzvləri ərazidə minatəmizləmə işlərinin əməliyyat şəraiti ilə tanış olublar.

Tarix
2025.04.26 / 12:46
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla