Yuxarı

Ali məktəblərə qəbul qaydalarında dəyişikliklər... - DİM

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarında dəyişikliklərlə bağlı məlumat yayıb.

Bu barədə Axar.az-a DİM-dən məlumat verilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda bəzi dəyişikliklər edilib.

Abituriyentlərin nəzərinə çatdırırıq ki, burada əsas dəyişiklik Qaydaların 1.2. 2.3-2. bəndinə əsasən, iştirakçıların hər sessiyada ali təhsil müəssisələrinə imtahanda iştirak üçün qeydiyyatı zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini seçmələri ilə bağlıdır. Lakin bir daha diqqətinizə çatdırırıq ki, həm Rİ, həm də RK altqrupu üzrə imtahan vermək istəyən abituriyentlər hər imtahan sessiyasında bir altqrup üzrə seçim etməklə (məsələn, yaz imtahan sessiyasında RK, yay imtahan sessiyasında Rİ) ümumi müsabiqə şərtlərini ödədikləri halda, hər iki altqrupa aid ixtisasları yenə də seçə bilərlər.

Bundan başqa, “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na 1 saylı əlavə “İxtisas qrupları və ixtisaslar” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 2 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı”na uyğunlaşdırılıb. Uyğunlaşdırma zamanı müvafiq ixtisas qruplarına aşağıdakı yeni ixtisaslar əlavə edilib:

I ixtisas qrupu üzrə:

Riyaziyyat-kimya (RK) altqrupuna:

- Riyaziyyat və fizika müəllimliyi;

- Xüsusi rabitə vasitələri mühəndisliyi;

- Kənd təsərrüfatı texnologiyaları;

- Qida texnologiyaları;

- Heyvandarlıq.

Riyaziyyat-informatika (Rİ) altqrupuna:

- Data analitikası;

- Proqram təminatı mühəndisliyi.

III ixtisas qrupunun Dil-tarix (DT) altqrupu üzrə:

- Xüsusi pedaqogika;

- Kommunikasiya və rəqəmsal media;

- Dövlət təhlükəsizliyi və idarəetmə.

IV ixtisas qrupu üzrə:

- Qidalanma və diyetologiya.

V ixtisas qrupu üzrə:

- Adaptiv bədən tərbiyyəsi;

- Kütləvi sağlamlaşdırıcı idman;

- Ümumi fiziki hazırlıq.

“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişikliklərin tam mətni ilə buradan tanış ola biərsiniz.

Tarix
2025.05.02 / 16:36
Müəllif
Axar.az
Digər xəbərlər

"Azərsun Holdinq”in yeni sədri bəlli oldu

Mnatsakanyan təsdiqlədi: "Ordunun komandanı" olub

Rustavidə saxlanılan İŞİD üzvü Azərbaycan vətəndaşıdır

Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə görüşdü

Əmlakın müsadirəsi ilə bağlı yeni qərar

Balayanın 1991-ci ildə istintaqa ifadəsi: hücum edənlər...

Ağacları kütləvi şəkildə kəsənlər vəzifəli şəxslər imiş

Pənahov ABŞ-da 2 milyonluq villanı hansı pulla alıb?

Başçı bir ərazini iki şəxsə satdı, məhkəməni isə saymırlar...

Xocalıda qumbara partladı: yaralı var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla