Yuxarı

ABB-nin dəstəyi ilə komandamız beynəlxalq turnirdə 4-cü oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın Madrid şəhərində "Real Madrid Foundation World Challenge" turniri keçirilib.

Burada 18 ölkədən uşaq futbol komandaları yarışıb. ABB-nin baş sponsorluğu ilə turnirdə ikinci dəfə Azərbaycan komandası da təmsil olunub. Bütün oyunlar “Real Madrid” futbol klubunun Akademiyası ərazisindəki meydançalarda keçirilib. Azərbaycanı təmsil edən U12 komandası yarımfinala yüksələrək Türkiyə komandası ilə 1:1 hesabı ilə oyunu bitirib və penaltı mərhələsindən sonra turnirdə 26 komanda arasında 4-cü yeri tutub.

Turnirə qatılan bütün komandalar ayrı-ayrı ölkələrdə reallaşdırılmış "Real Madrid Foundation Clinic" proqramı əsasında seçilib. 2024-cü ilin iyununda bu proqram ölkəmizdə də ikinci dəfə reallaşdırılıb. ABB-nin baş sponsorluğu, Visa və Epoint şirkətlərinin tərəfdaşlıq dəstəyi ilə həyata keçirilən proqram çərçivəsində “Sabis Sun International School”un ərazisində futbol düşərgəsi təşkil edilib. Ən güclü oyunçular seçilərək “Azerbaijan Footland” komandası formalaşdırılıb.

“Real Madrid Foundation Azerbaijan Clinic” proqramının 2025-ci ilin 23-27 iyun tarixlərində Bakıda ABB-nin baş sponsorluğu ilə yenidən təşkili nəzərdə tutulur.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Tarix
2025.05.02 / 17:50
Müəllif
Axar.az
Digər xəbərlər

"Azərsun Holdinq”in yeni sədri bəlli oldu

Mnatsakanyan təsdiqlədi: "Ordunun komandanı" olub

Rustavidə saxlanılan İŞİD üzvü Azərbaycan vətəndaşıdır

Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə görüşdü

Əmlakın müsadirəsi ilə bağlı yeni qərar

Balayanın 1991-ci ildə istintaqa ifadəsi: hücum edənlər...

Ağacları kütləvi şəkildə kəsənlər vəzifəli şəxslər imiş

Pənahov ABŞ-da 2 milyonluq villanı hansı pulla alıb?

Başçı bir ərazini iki şəxsə satdı, məhkəməni isə saymırlar...

Xocalıda qumbara partladı: yaralı var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla