Yuxarı

Bakıda daha bir yol bağlandı - Formula-1

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda daha bir yol bağlandı -  Formula-1

Paytaxtın mərkəzi küçələrindən biri müvəqqəti bağlanır.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, iyunun 9-u gecə saat 23:00-dan etibarən iyunun 10-u saat 15:00-a qədər paytaxtın mərkəzi küçələrindən biri olan Üzeyir Hacıbəyov küçəsi istiqamətində Cavanşir körpüsündən avtomobillərin hərəkəti məhdudlaşdırılır.

Formula-1 yarışının keçirilməsi ilə əlaqədar yaranmış zərurətə görə avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulmaqla istiqamət dəyişdiriləcək. Bununla əlaqədar paytaxtın Neftçilər prospektinin Afiyəddin Cəlilov küçəsi ilə kəsişməsindən sağa - Yusif Səfərov küçəsinə, eyni zamanda Yusif Səfərov küçəsindən 28 May küçəsinə doğru avtomobillərin hərəkəti planlaşdırılır.

Ərazidə tıxacların yaranmaması üçün həmin istiqamətdə hərəkət edən paytaxt sakinlərinə şəxsi avtomobillərdən istifadə edilməməsi tövsiyə edilir.

Tarix
2016.06.09 / 16:03
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla