Yuxarı

Bakıda yanğın: vəzifəli şəxs xəsarət aldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda yanğın: vəzifəli şəxs xəsarət aldı

16:53

Bakıda vəzifəli şəxsin xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

Lent.az-ın məlumatına görə, paytaxtın Nəsimi rayonu ərazisində, Bakı Beynəlxalq Dəniz Limanında idarənin şöbə müdiri Fəxrəddin Səmədov yanıq xəsarətləri alıb. İdarənin Nəqliyyat Şöbəsinin müdiri F.Səmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanından verilən məlumatda bildirilib ki, hazırda onun vəziyyəti yaxşıdır, həyatına təhlükə yoxdur və iyun ayının 11-dən ev şəraitində müalicəsini davam etdirəcək.

Hadisə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları tərəfindən qeydiyyata alınıb, araşdırma aparılır.

Qeyd edək ki, Bakı Beynəlxalq Dəniz Limanının Nəqliyyat Şöbəsi digər şöbələrdən fərqli olaraq limanın özündə yerləşir.

Tarix
2016.06.09 / 17:15
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla