Yuxarı

Bakıda əhali tüstüdən boğulur - Nazirlik 10 gün vaxt verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda əhali tüstüdən boğulur - Nazirlik 10 gün vaxt verdi

Bakıxanov qəsəbəsində yerləşən “Arzu” şadlıq sarayından havaya yayılan tüstü ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub.

Sakinlərin Axar.az-a verdiyi məlumata görə, toy zamanı sarayın mətbəxindən - əsasən də kabab bişirilən vaxtlarda - ətrafa sıx tüstü yayılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova saytımıza açıqlamasında bildirib ki, monitorinqlər zamanı xeyli sayda obyektdə nöqsanlar aşkar olunub:

“ETSN-in 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupu tərəfindən aparılan monitorinqlər zamanı təkcə “Arzu” şadlıq sarayında deyil, daha 18 ictimai iaşə obyektində havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində inzibati protokol tərtib olunub və 2500 manat məbləğində cərimə tətbiq edilib. Hazırda həmin obyektlərə 10 gün müddətində tüstü filtrlərinin quraşdırılması üçün vaxt verilib. Quraşdırma olmasa, müvafiq qurumlara müraciət ediləcək”.

Tarix
2025.05.05 / 11:50
Müəllif
Maral Şahverdili
Digər xəbərlər

Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi

Azərbaycandan benzin idxalı: İrəvan 2,6 milyon qənaət edəcək

Ukrayna humanitar yardımlara görə Azərbaycana təşəkkür etdi

Prezidentin çıxışından sonra telekanallar hərəkətə keçdi

AMEA-da yeni təyinatlar oldu

Minlərlə şəxs ödənişdən azad edilir - Vacib qərar

Anar Əsədli və Oqtay Qasımov arasında qarşıdurma

Nəsimi Nəbizadənin qardaşı həbs olundu

Azərbaycanda bu vəzifələr ləğv olundu

Ölkədə bu şəxslərə ödənişlə bağlı müqavilə forması dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla