Yuxarı

Dolu meyvə-tərəvəzi bahalaşdıracaq? - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dolu meyvə-tərəvəzi bahalaşdıracaq? - Rəsmi

Son bir neçə gündə Azərbaycanda hava şəraitinin qeyri-sabit keçməsi kənd təsərrüfatı sahəsinə zərər vurub.

ANS-in məlumatına görə, bunu Azərbaycanın Kənd Təsərrüfatının mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib.

Onun sözlərinə görə, bəzi ərazilərdə havanın sərin keçməsi, yağıntının yağması və dolunun düşməsi kənd təsərrüfatı sahələrinə olduğu kimi, meyvə ağaclarına da ziyan vurub:

"Yağıntının həddindən çox olması bəzi meyvələrdə xəstəliklərin yaranmasına, əkin sahələrində isə ziyanvericilərin artmasına səbəb olub. Amma biz rayonlarda yerli idarələrlə daim əlaqə saxlayır, tez-tez monitorinqlər keçirir, yaranmış fəsadları aradan qaldırmaq üçün ciddi tədbirlər görürük".

Qurum rəsmisi dedi ki, hava dəyişikliyi ilə əlaqədar olaraq kənd təsərrüfatına dəyən ziyan lokal olduğundan, bu, meyvə-tərəvəzin qiymətlərinin artmasına səbəb olmayacaq.

"Bizim münbit torpaqlarımız imkan verir ki, biz ildə iki, hətta üç dəfə kartof yığa bilək. Odur ki, dolu bəzi rayonlarda, xüsusən, Tovuz və Gədəbəydə kartof sahəsinə ziyan vursa da, bu, o demək deyil ki, bu il kartof istehsalı az olacaq. Əksinə, qarşıdakı günlərdə hava əlverişli olarsa, bu il kənd təsərrüfatı bitkilərindən yüksək məhsul əldə etmək olar", - deyə Murtuzəli Hacıyev əlavə edib.

Bu il ən çox ziyan dəyən rayonlar və kənd təsərrüfatı sahələri bunlardır:

Gədəbəy və Tovuzda - kartof sahələri

İmişlidə - pambıq

Şəkidə - taxılçılıq

Mətbuat katibi təsərrüfatına ziyan dəyənlərdən 1652 nömrəsinə zəng vurmasını və problemini deməsini də vurğulamağı unutmayıb. O deyib ki, nazirlik hər kəsin müraciətlərinə baxmağa hazırdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, qeyri-sabit hava şəraiti hələ növbəti iki gün ərzində davam edəcək.

Rayonlarda fasilələrlə yağışlı hava müşahidə olunacaq. Ayrı-ayrı bölgələrdə yağıntıların bir qədər intensiv olacağı, dolunun düşməsinin müşahidə olunacağı ehtimalı var.

"Bu, hər il baş verəcək bir hava şəraitidir. Sadəcə bu il hava şəraitinin qeyri-sabit keçməsinin bir qədər uzunmüddətli olması iqlim dəyişikliyi ilə əlaqədardır".

Tarix
2016.06.09 / 23:59
Müəllif
Axar.az
Digər xəbərlər

Avropa Birliyinin səfiri Azərbaycan dilini öyrənir

Nəcibə Nəsibova bu universitetə rektor təyin olundu

“Azərpoçt”da böyük kadr dəyişikliyi - Siyahı

İranın AzTV-yə qarşı addımı ilə bağlı bəyanat yayıldı

Bu türk ölkəsi ilə 5 ildə ticarət 13 dəfə artıb

Fransanın bu bəyanatları qəbuledilməzdir - XİN

KMBİ fişinq şəbəkəsinin daha iki üzvü saxlanıldı - DİN

İlham Əliyev bu liderlərlə Qolf Klubunun açılışında - Foto

Axtarışda olan şəxs Azərbaycana ekstradisiya olunur

Çolpon-Atada Əliyevin səfərinə həsr olunmuş banner

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla