Yuxarı

Şəhid ailələri Çanaqqala şəhərini ziyarət etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı, "Azərbaycan Hava Yolları" QSC-nin tərəfdaşlığı ilə şəhid ailə üzvlərindən ibarət olan 30 nəfərlik heyət Türkiyənin Çanaqqala şəhərini ziyarət edib.

Axar.az xəbər verir ki, səfərin ilk günündə “57-ci Alay Şəhidliyi”, “Çanaqqala Şəhidlər Abidəsi”, “Troya Atı Muzeyi”, “Dəniz Muzeyi” və “Seyit Onbaşı Abidəsi” ziyarət olunub. Ailələr, bu tarixi məkanlarda dərin duyğular yaşayıb, şəhidlərin ruhuna dualar oxuyublar. Həmçinin Çanaqqalada yerləşən Azərbaycan şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edən şəhid ailələri hər iki qardaş xalqın Vətənləri uğrunda canlarından keçən qəhrəman şəhidlərini dərin ehtiramla yad ediblər.

Səfərin ikinci günü isə Çanaqqala şəhərinin valisi Ömer Toraman şəhid ailələrini qəbul edib. O, Azərbaycandan olan şəhid ailələrini şəhərlərində görməkdən məmnunluq duyduğunu bildirib və bu kimi səfərlərin iki qardaş xalq arasında mövcud dostluq və ortaq dəyərlərin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Günün davamında nümayəndə heyəti “Atatürk Abidəsi”, “Zəfər Muzeyi”, “Hisart Canlı Tarix Muzeyi” və “Nusret Mayın Gəmisi”ni ziyarət edib. Daha sonra Çanaqqala Şəhid Ailələri və Qazilər Dərnəyi ilə görüş keçirilib. Görüş zamanı hər iki ölkənin şəhid ailələrini bir araya gətirən layihələrin davam etdirilməsi və gələcəkdə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, dörd gün davam edəcək ziyarət çərçivəsində şəhid ailələri tarixi və mənəvi baxımdan əhəmiyyətli olan məkanları gəzərək, Azərbaycanın və Türkiyənin ortaq tarixində iz qoymuş qəhrəmanları yad edəcəklər.

Tarix
2025.05.07 / 12:37
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün Bakıda İsrail və Türkiyə rəsmiləri danışıqlar aparacaq

Əliyev Moskvaya getməkdən imtina etdi və sübut etdi ki…

Fransadan Azərbaycana qarşı diplomatik hörmətsizlik

Fitso da Azərbaycan üzərindən Moskvaya uçacaq?

Ermənistanla sərhəddəki pozuntularla bağlı məlumat

Sahibə Qafarova BƏƏ prezidenti ilə görüşdü

İlham Əliyevin adından Lamın şərəfinə ziyafət verildi

Prezidentin To Lamla geniş tərkibdə görüşü oldu

Bakı ilə imzalanan bəyanatın icrası üçün 5 təklif... - Lam

İlham Əliyev və To Lam birgə bəyanatla çıxış etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla