Yuxarı

Bakıda valideyn və övladını maşın vurdu – Anbaan video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxınlıqda piyada keçidi olmasına baxmayaraq, ondan istifadə etməmək ağır nəticələrə səbəb olur.

Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) sektor müdiri Ömər Xıdırov məlumat yayıb.

O bildirib ki, müşahidə kameralarının qeydə aldığı bu cür yol-nəqliyyat hadisələrinin görüntülərini mütəmadi olaraq ictimailəşdirməkdə məqsədimiz yol hərəkəti iştirakçılarını maarifləndirməkdir:

"Paytaxtın Xətai rayonu, 8 Noyabr prospektində baş verən bu qəza da hər bir piyada üçün pis nümunədir. Müşahidələr göstərir ki, piyada qismində olan bəzi valideynlər özləri ilə yanaşı, övladlarının da həyatını təhlükəyə atırlar. Təəssüflər olsun ki, belə olan hallarda da qəzaların, xüsusilə də uşaqların və valideynlərin ölümü və yaxud xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisələrinin baş verməsi qaçılmaz olur".

"Məsələn, ötən il paytaxt yollarında 240 piyadavurma hadisəsi baş verib. Bu qəzalar zamanı dünyasını dəyişən 111 piyadadan 6-sı uşaq olub. Cari ilin 4 ayı ərzində isə piyadavurma qəzaları zamanı 30 piyada dünyasını dəyişib, 5 uşaq isə xəsarət alıb.

Qəzaların baş verməsinə səbəblər isə, demək olar ki, eynidir:

1. Nəqliyyat vasitəsini yüksək sürətlə idarə etmək;

2. Yol nişanlarının tələblərinə diqqət göstərməmək;

3. Bəzi piyadaların piyada keçidlərindən istifadə etməməsi;

4. Bir sıra piyadaların nizamlayıcının tələblərinə əhəmiyyət verməməsi;

5. Piyadanın sürücünün ona yol verəcəyinə tam əmin olmadan yolu keçməsi və s.

NİİM olaraq bütün piyadaları qaydalara riayət etməyə, valideynləri isə bu məsələdə daha diqqətli olmağa çağırırıq. Valideynlər unutmasınlar ki, yollarda təhlükəsizlik təkcə onların deyil, övladlarının da gələcəyidir", - Ömər Xıdırov qeyd edib.

Tarix
2025.05.07 / 12:55
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün Bakıda İsrail və Türkiyə rəsmiləri danışıqlar aparacaq

Əliyev Moskvaya getməkdən imtina etdi və sübut etdi ki…

Fransadan Azərbaycana qarşı diplomatik hörmətsizlik

Fitso da Azərbaycan üzərindən Moskvaya uçacaq?

Ermənistanla sərhəddəki pozuntularla bağlı məlumat

Sahibə Qafarova BƏƏ prezidenti ilə görüşdü

İlham Əliyevin adından Lamın şərəfinə ziyafət verildi

Prezidentin To Lamla geniş tərkibdə görüşü oldu

Bakı ilə imzalanan bəyanatın icrası üçün 5 təklif... - Lam

İlham Əliyev və To Lam birgə bəyanatla çıxış etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla