Yuxarı

“Azercell”in tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2025-ci il mayın 4-də Heydər Əliyev Fondunun təşəbbüsü və "Azercell"in eksklüziv tərəfdaşlığı ilə paytaxtın ənənəvi kütləvi idman tədbiri olan “Bakı Marafonu” uğurla baş tutdu. Builki marafon da müxtəlif yaş qruplarından olan minlərlə insanı bir araya gətirərək sağlam həyat tərzi ətrafında birləşdirdi.

“Küləyə qalib gəl" şüarı altında təşkil olunan qaçış üçün təxminən 28 000 nəfər müraciət etmişdi. Yarış iştirakçıları Dövlət Bayrağı Meydanından start götürərək 21 kilometrlik dairəvi marşrut üzrə mübarizəyə qoşuldular. Lider mobil operatorun dəstəyilə keçirilən marafonda artıq bir neçə ildir ki, atletlərin nişan nömrələrinə xüsusi rəqəmsal xronometrlər (timekeeper) yerləşdirilir. Bu elekton cihaz nəticələrin real zaman rejimində qeydə alınmasını və maksimal dəqiqliyini təmin edir.

Kişilər arasında yarışın qalibi türkiyəli Atac Sezgin oldu. Ukraynalı Vitali Şafar finiş xəttini ikinci, Türkiyənin digər təmsilçisi Murat Emekdar isə üçüncü keçdi. Qadınların mübarizəsində isə ukraynalı Natalya Semenoviç birinciliyə nail oldu. Azərbaycanlı Anna Yusupova yarışı ikinci, Yaponiyadan olan atlet Eriko Soma isə üçüncü pillədə tamamladılar.

"Azercell" Telekom qalibləri xüsusi hədiyyələrlə mükafatlandırdı. Mobil operator ənənəyə sadiq qalaraq tədbirin fərqlənmiş tələbə iştirakçılarını da diqqət mərkəzində saxladı.

“Azercell Telekom” MMC və şirkətin fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək üçün rəsmi Azercell səhifəsinə daxil olun.

Tarix
2025.05.07 / 15:42
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev imtina etdi, Putinin vəziyyəti dəyişmək cəhdi...

Bu gün Bakıda İsrail və Türkiyə rəsmiləri danışıqlar aparacaq

Əliyev Moskvaya getməkdən imtina etdi və sübut etdi ki…

Fransadan Azərbaycana qarşı diplomatik hörmətsizlik

Fitso da Azərbaycan üzərindən Moskvaya uçacaq?

Ermənistanla sərhəddəki pozuntularla bağlı məlumat

Sahibə Qafarova BƏƏ prezidenti ilə görüşdü

İlham Əliyevin adından Lamın şərəfinə ziyafət verildi

Prezidentin To Lamla geniş tərkibdə görüşü oldu

Bakı ilə imzalanan bəyanatın icrası üçün 5 təklif... - Lam

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla