Yuxarı

Estetik əməliyyatına pul verməyən sevgilisinin başını əzdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nərimanov Rayon Məhkəməsində quldurluqda təqsirləndirilən Səbinə Ağabalayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Ağabalayeva 800 manat cərimə edilib.

İttihama görə, hadisə Nərimanov rayonu, Təbriz küçəsindəki kafedə baş verib. 2016-cı ildə həyat yoldaşı vəfat edən Səbinə Ağabalayeva bir müddət sonra tanışı Elmin adlı şəxsin dostu Elçinlə sevgili olub. Səbinə keçən il Elçinlə görüşüb və ondan estetik əməliyyatlar etdirmək üçün 15 min manat istəyib. Elçin əvvəlcə pulu verəcəyini desə də, sonradan həmin məbləği düzəltməyib və sevgililər ayrılıblar.

Bir müddətdən sonra Səbinə Ağabalayeva dostu Elmindən xahiş edib ki, Elçini kafeyə çağırsın. Elçin kafeyə gələndə orada S.Ağabalayevanı görüb, geri qayıtmaq istəyib. Bu vaxt qadın əlindəki telefonla Elçinin başına zərbələr endirib. Elçin başından aldığı xəsarətlərlə xəstəxanaya müraciət edib.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Tarix
2025.05.07 / 16:15
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün Bakıda İsrail və Türkiyə rəsmiləri danışıqlar aparacaq

Əliyev Moskvaya getməkdən imtina etdi və sübut etdi ki…

Fransadan Azərbaycana qarşı diplomatik hörmətsizlik

Fitso da Azərbaycan üzərindən Moskvaya uçacaq?

Ermənistanla sərhəddəki pozuntularla bağlı məlumat

Sahibə Qafarova BƏƏ prezidenti ilə görüşdü

İlham Əliyevin adından Lamın şərəfinə ziyafət verildi

Prezidentin To Lamla geniş tərkibdə görüşü oldu

Bakı ilə imzalanan bəyanatın icrası üçün 5 təklif... - Lam

İlham Əliyev və To Lam birgə bəyanatla çıxış etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla