Yuxarı

Nyu Yorkda Ulu Öndərə həsr olunmuş şahmat turniri keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Nyu York şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə şahmat turniri keçirilib.

Axar.az xəbər verir ki, Turnir uzun illər Birləşmiş Ştatlarda fəaliyyət göstərən beynəlxalq dərəcəli şahmat ustası Elvin Bağır-Pourun rəhbəri olduğu "Chess Father" şirkətinin təşkilatçılığı və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

Açılış mərasimində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi yad edilib.

Elvin Bağır-Pour Ulu Öndərin Azərbaycanda şahmatın inkişafındakı əvəzsiz rolu haqqında danışıb. O, Ümummilli Liderin şahmatın inkişafını daim diqqət mərkəzində saxladığını bildirib. Məhz Heydər Əliyevin təşəbbüsü ilə respublikada ilk dəfə şahmat məktəbləri inşa olunub, istedadlı şahmatçılara müxtəlif yarışlarda iştirak etmək üçün şərait yaradılıb.

Turnirdə 5-60 yaş arasında 50 nəfərdən çox idmançı iştirak edib. İsveçrə sistemi adlanan qaydaya əsasən idmançılar hər biri 15 dəqiqə olmaqla 6 görüşdə hakimlərin nəzarəti altında mübarizə aparıblar. Yarışda dünyaca məşhur qrossmeysterlər Maksim Dluqi və Mark Paraqua da iştirak edib.

Sonda Mikola Bortnik 1-ci yer, Syed Ali Hayder 2-ci yer, Teodr Pimanof 3-cü yerə çıxıb. Qaliblərə kubok və pul mükafatı, digər iştirakçılara isə sertifikatlar verilib.

Turnir haqqında ətraflı məlumatı bu linkdən oxumaq mümkündür:

Qeyd edək ki, şahmat turniri Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündən başlayaraq artıq üçüncü dəfədir keçirilir. Turnir ABŞ Şahmat Federasiyası tərəfindən rəsmi qeydə alınıb.

Tarix
2025.05.08 / 11:38
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident onlara müraciət ünvanladı

Hindistan-Azərbaycan aviareyslərində dəyişiklik... - Rəsmi

To Lamın Azərbaycana səfəri başa çatdı - Foto

Əli Əsədov Vyetnam baş katibi ilə görüşdü

Ermənistanın Zəngəzur dəhlizinə qarşı yeni planı

Milli Məclisin xüsusi iclası: sənədli film nümayiş etdirildi

Bakı-Moskva aviareysləri təxirə salındı - Rəsmi

Hindlilər Azərbaycan üçün boykot çağırışı etdilər - Foto

Vaxtilə Heydər Əliyevə müxalif idik, sonra dərk etdik ki...

Azərbaycan-Vyetnam əməkdaşlığı illərin sınağından keçib

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla