Yuxarı

ABB səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABB səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək!

7 may 2025-ci il tarixində ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib.

Yığıncaqda ABB-nin 2024-cü il üzrə kənar auditor tərəfindən təqdim olunmuş maliyyə hesabatı təsdiqlənib, bir sıra təşkilati məsələlərə baxılıb, eyni zamanda 2024-cü ilin maliyyə nəticələrinə əsasən, ABB-nin səhmdarlarına dividendin ödənilməsinə qərar verilib.

Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov keçirdiyi mətbuat konfransında bununla bağlı qərarı elan edərək bildirib ki, ötən ilin mənfəətindən səhmdarlara 200 000 000 manat məbləğində dividend ödəniləcək.

Onun sözlərinə görə, bu, son 7 ildə səhmdarlarına ardıcıl şəkildə yüksək dividendlər ödəyən ABB-nin ayırdığı rekord dividend məbləğidir. Beləliklə, ABB-nin hər bir səhminin illik gəlirlilik səviyyəsi nominal qiymətlə 15,6%-ə yüksəlib.

Hazırda ABB-nin 30 mindən çox səhmdarı var. Bankın nizamnamə kapitalının strukturunda dövlətin iştirak payı 92.18%-dir. Bu bölgüyə uyğun olaraq dividendin 184 000 000 manatı dövlət büdcəsinə, 16 000 000 manatı isə digər səhmdarlara ödəniləcək.

“Qürur duyuruq ki, 30 mindən çox vətəndaşımızla gəlirlərimizi bölüşəcəyik. Həmçinin bu ilin dividend ödənişini də nəzərə alsaq, son illər ərzində ABB-nin dövlət büdcəsinə və digər sosial yönümlü layihələrə ödədiyi vəsaitlərin ümumi məbləği 1,6 milyard manata çatacaq” – Abbas İbrahimov bildirib.

İdarə Heyətinin sədri jurnalistlərə ABB-nin 2024-cü il, eləcə də cari ilin yanvar-aprel ayları üzrə fəaliyyəti, həyata keçirdiyi strateji inkişaf layihələri haqqında ətraflı məlumat verib.

Mətbuat konfransında ABB-nin 2024-cü il üzrə Dayanıqlı İnkişaf Hesabatı da təqdim olunub. Media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Tarix
2025.05.08 / 18:20
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Tokayevi Azərbaycana dəvət etdi

Həsən Həsənov Ramiz Mehdiyevlə bağlı sirləri açdı

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Prezidentlər Süni İntellekt Mərkəzində... - Foto

Qafarova və Simonyan nələri müzakirə etdi?

Əliyev Astanada: mühüm iclas keçirildi - Foto

Mehdiyevin həbsi ilə bağlı diqqətçəkən məqam...

Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olundu

Orta güc strategiyası: Əliyevin Astana səfərinin hədəfləri...

Astanada Heydər Əliyevin ən sevdiyi mahnı... - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla